Maqazİn

“Üç gün ağız-ağıza öpüşdüyümüz...” – Rozadan Elzaya sərt sözlər

“Üç gün ağız-ağıza öpüşdüyümüz...” – Rozadan Elzaya sərt sözlər

Müğənni Roza Zərgərli "ATV Maqazin 10larla” verilişinin "33 sual” rubrikasının qonağı olub.

Sfera.az xəbər verir ki, xanım ifaçı  Əməkdar artist Elza Seyidcahanın onu xərcə saldığını bildirib:

"Elzanın bədən ölçüləri 105/90/100,  çünki onun "fiqureyi” yoxdur axı. Elza Seyidcahan və Sevil, Sevinc əkiz bacılarına görə xərcə düşmüşəm. Bir-birimizə əl tutmuşuq. Tərtərdəki hərbi hissələrin birində keçirilən konsert proqramında mən də var idim, Elza da. Hamımız gözəl gün keçirtdik, sonra da hamıya qonaqlıq verdim. Elza da orada iştirak etdi. Gözəl şəkildə də ayrıldıq. Münasibət isə əla idi. Üç gün ağız-ağıza öpüşdüyümüz, yeyib-içdiyimiz adam çıxıb efirdə elə şeylər danışmamalı idi. Əgər sən əməliyyata görə mənə söz atırsansa, "duxun” da çatmaz ki, o qədər pul verəsən. Hətta sadə bir "liposaksiyaya”. Məni 20 ildən çoxdur ki, tanıyırsan və ətrafımızda hamı bilir ki "Allah nə yaradıbsa, elə odur”. Bəziləri var, Roza olmaq üçün baldırlarına piyi doldurur. Üç-altı aydan sonra həmin piy əriyir, yenə də qayıdırlar öz əvvəlki hallarına”.

R.Zərgərli Elza kimi müğənniləri susuz yola sala biləcəyini deyib: 

"Roza heç kəsi darda qoymur. Heç mənlə tanış deyil idi, zəng edib bir şey xahiş etdi. Mən də onu həmin şeylə təmin etdim ki, o vətənə geri dönə bilsin. Elza kimi yüz dənə müğənnini susuz yola salaram. Şeir yazmaqla deyil. O şeirlər heç kimə lazım deyil. Elza Seyidcahan və bacısı Rasimə daxil olmaqla hər qadın öz yerini bilməlidir”. (yeni sabah)

 

XƏBƏR LENTİ

«    Dekabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031