Dünya

Böyük Britaniya 23 rus diplomatı ölkədən çıxarır

Böyük Britaniya 23 rus diplomatı ölkədən çıxarır
Böyük Britaniya hökuməti martın 4-də Solsberi şəhərində Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş polkovniki Sergey Skripal və onun qızına qarşı əsəb-iflic qazı vasitəsilə həyata keçirilən hücumla bağlı Rusiyaya sərt reaksiya verib.
 
Sfera.az xarici mətbuata istinadən bildirir ki, baş nazir Tereza Mey parlamentdə çıxışında Rusiyaya qarşı cavab addımlarını açıqlayıb. 
 
Onun sözlərinə görə, Rusiyanın Britaniyadakı 23 diplomatının ölkədən çıxarılması barədə qərar qəbul edilib.
 
Tereza Mey bildirib ki, həmin diplomatlar Rusiya kəşfiyyatının əməkdaşlarıdır. Onlara Rusiyanı tərk etmək üçün 1 həftə vaxt verilib.
 
Ancaq məsələ bununla bitmir. "Əvvəlki əlaqələr artıq mümkün deyil", deyən baş nazir Rusiya ilə bütün ikitərəfli təmasları dayandırdıqlarını və bu ölkədə keçiriləcək dünya çempionatına heç bir hökumət nümayəndəsinin və kral ailəsi üzvlərinin qatılmayacağını qeyd edib.
 
O, sanksiyalarla bağlı qanunvericiliyə düzəlişlər təklif edəcəklərini də bəyan edib. Həmçinin, hadisə barədə BMT və NATO-da məsələ qaldırılacaq.
 
Xatırladaq ki, Sergey Skripal 1999-cu ilə qədər Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsində çalışıb. 2006-cı ildə Böyük Britaniyaya casusluq üstündə vətənə xəyanət ittihamı ilə həbs olunub.

XƏBƏR LENTİ