BVF-nin rəhbəri barəsində məhkəmə prosesi başlayıb

BVF-nin rəhbəri barəsində məhkəmə prosesi başlayıb
Parisdə Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristin Laqard barəsində məhkəmə prosesi başlayıb. APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, K.Laqard 2008-ci ildə nazirlər kabinetində çalışdığı zaman fransız iş adamı Bernar Tapiyə kompensasiya ödənişində səhlənkarlığa yol verməkdə günahlandırılır. Məhkəmədən öncə Kristin Laqard ona qarşı irəli sürülən ittihamları və B.Tapinin maraqlarına lobbiçilik etdiyini rədd edib. Qeyd edək ki, günahı sübuta yetirildiyi halda 60 yaşlı Kristin Laqardı 1 ilədək həbs cəzası və 15 min avroyadək cərimə gözləyə bilər.

OXŞAR XƏBƏRLƏR