Buxaradan Qarabağa gedən şəhidlik yolu: İsgəndər Aznaurov

Buxaradan Qarabağa gedən şəhidlik yolu: İsgəndər Aznaurov
"Topçu İsgəndər” kimi tanınan Aznaurov döyüşdə qəhrəmancasına həlak olub.

Bu gün Azərbaycan Respublikasının Milli Qəhrəmanı İsgəndər Aznaurovun şəhid olduğu gündür.

Sfera.Az xəbər verir ki, o 16 avqust, 1956-cı ildə Özbəkistan Respublikası Buxara vilayətində dünyaya gəlib. 

Əslən Ahısqa türküdür. 1963-cü ildə burada məktəbə gedib, 1973-cü ildə həmin məktəbi bitirib. 1978-ci ildə Daşkənd İrriqasiya İnstituna daxil olub. 1983-cü ildə ali təhsilini başa vurur.

1989-cu ildə Özbəkistanın Fərqanə vadisindəki qanlı olaylardan sonra İsgəndər də yüzminlərlə Ahısqalı kimi oranı tərk etməyə məcbur olub və 1990-cı ildə ailəsi ilə birlikdə Azərbaycana Şəmkir rayonunun Kür qəsəbəsinə köçüb. O, burada cihazqayırma zavodunda işləyib.

Erməni faşistlərinin ata-babalarımızdan yadigar torpaqlarımıza basqınları İsgəndəri narahat edir və o Milli Ordu sıralarına könüllü yazılır. İsgəndəri N saylı hərbi hissənin artilleriya üzrə komandir müavini təyin edirlər

"Topçu İsgəndər” kimi tanınan İ.Aznaurov Başkəndin erməni quldurlarından təmizlənməsində, "Mutudərə”, "Ərdağı”, "Kaftar qayası”, "Ləzgi daşı” əməliyyatlarında xeyli düşmən texnikası,canlı qüvvəsini məhv edib. 

Şınıx bölgəsində gedən döyüşlərdə o düşmənin demək olar bütün silah sursatını sərrast atəşlərlə sıradan çıxarır. 18 aprel 1993-cü il igid döyüşçü yenidən döyüşə girir və bu döyüşdə qəhrəmancasına həlak olur.

Allah şəhidimizə rəhmət eləsin!

OXŞAR XƏBƏRLƏR