“Bütün qadınlar sünnət olunmalıdır...” — TƏKLİF

“Bütün qadınlar sünnət olunmalıdır...” — TƏKLİF
 
Rusiyanın Dini qurumlarla iş üzrə prezident şurasının üzvü və Şimali Qafqaz müsəlmanlarının Koordinasiya mərkəzinin başçısı İsmayıl Berdiyev bütün qadınları sünnət etməyə çağırıb.
 
Sfera.az Publika.az-a istinadən bildirir ki, o, təklifini "İnterfaks” agentliyinə müsahibəsində səsləndirib.
 
"Bütün qadınları sünnət etmək lazımdır ki, Yer kürəsində əxlaqsızlıq olmasın və şəhvaniyyət azalsın”, - müfti deyib.
 
O, bildirib ki, Dağıstanın bəzi yaşayış məntəqələrində sünnət tətbiq edilir. Eyni zamanda, Berdiyevin sözlərinə görə, islam qadınların sünnətini qadağan edir.
 
"Amma qadınların şəhvaniyyətini azaltmaq lazımdır. Allah qadını uşaqları dünyaya gətirmək və onları tərbiyə etmək üçün yaradıb. Sünnətin bununla heç bir əlaqəsi yoxdur. Qadınlar buna görə uşaq dünyaya gətirməyi dayandırmırlar. Amma əxlaqsızlıq daha az olardı”, - o bildirib.
 
Amma Şimali Qafqazın müftisi sonradan həmin agentliyə açıqlamasında qadınların sünnət edilməsi çağırışından imtina edib. İsmayıl Berdiyev izah edib ki, əxlaqsızlıq problemi haqqında danışırdı: "Mən qadınları sünnət etməyə çağırmıram. İslam buna icazə vermir və bu, sadəcə mümkün deyil. Mən əxlaqsızlıq problemindən danışıram və deyirəm ki, problem mövcuddur, nəsə etmək lazımdır”.

OXŞAR XƏBƏRLƏR

Xankəndidə xeyli silah-sursat AŞKARLANDI

Xankəndidə xeyli silah-sursat aşkarlanıb.   Sfera.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə...

Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə GÖRÜŞDÜ - FOTO/VİDEO

Quru Qoşunlarının qərargahında Aprelin 20-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.   Bu barədə ...

Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ ETDİ

Ermənistanın və bir sıra digər xarici ölkələrin media resurslarında Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı hərbi məqsədlərlə istifadə edilməsi haqqında mən...

TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı AÇIQLAMA: "Həkiməqədər..."

"Əməkdar artist Cavanşir Məmmədovla bağlı bu gün saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub".  ...

Rusiya kvotanı artırdı – Daha çox taxıl ixrac ediləcək

Rusiya hökuməti taxıl məhsullarının ixracı üçün müəyyənləşdirdiyi kvotanı artırıb.  Sfera.az xəbər verir ki, bununla bağlı qərarı Nazirlər Kabineti qə...

“Anlamaq olmur ki, Qərb nə istəyir? ” – VİDEO

“Əslində Rusiya sülhməramlıların Qarabağa gəlişi də, gedişi də dünyada diskusiyalara səbəb olmuşdu. Burada qeyri-adi heç nə yoxdur. Çünki burada söz sahib...