Bütün dünyanı heyrətləndirən \"Əjdaha toyuğu\"...- FOTOLAR

Bütün dünyanı heyrətləndirən \
Türkiyənin turizim mərkəzlərindən biri olan Bodrumda 3 dost birlikdə yaratdıqları quşçuluq fermasında bir başının qiyməti 6 min dollar olan 8 cins toyuq yetişdirməyə nail olub.

Bəslədikləri toyuqların arasında Vyetnam və İndenoziyada sadəcə kralların və zənginlərin süfrələrini bəzəyən adı "Dong Tao"olan əjdaha toyuğunun da olduğunu deyən ferma sahibi dünyanın böyük maraq göstərdiyi və ildə 300 yumurta verən bu toyuqların sayını artırmağı hədəflədiyini bildirib.

2 övlad sahibi olan Ertoğrul Kara 2 dostu ilə dünyanın ən öndəgələn toyuq cinslərini yetişdirməyə başlayır. İlk başda hobbi olaraq başladıqları toyuq cinsi yetişdirməyə qısa zamanda 8 ayrı cins yetişdirməklə böyük uğura imza atırlar. Fermada son olaraq bir il öncə "Əjdaha toyuğu" adı ilə bilinən və sadəcə Vyetnam və İndoneziyada rast gəlinən "Dong Tao" toyuq cinsi yetişdirilməyə başladı.

Ferma sahibi yetişdirdiyi toyuq cinslərinin özəllikləri haqda danışır.

"Çorbası 800-1000 dollar..."

"20 min lirə təklif edilməsinə rəğmən satmadıq. Normal toyuqlara nəzərən 3 dəfə ağır olan bu cinsin ayaqlarından bişirilən çorbanın Viagra təsiri göstərdiyi bilinir. Uzaq Doğuda sadəcə zənginlərin ləzzətlə yeyə biləcəyi bir toyuq cinsidir bu. Sadəcə ayaqlarından hazırlanan çorbanın 800-1000 dollara satıldığını demək kifayətdir. Əjdaha toyuğu ildə 300-320 ədəd yumurta verir. Yumurtasının qiyməti isə 15-20 lirədir. Toyuğun öz qiyməti isə 3 min ilə 6 min arasında dəyişir. Ölkəmizdə bu toyuğu yetişdirmənin həyacanını yanlız biz yaşayırıq. Yumurtaları ağ olan və dəyərli cinslərdən biri də İndoneziya irqli "Ayem Cemani" cinsidir."


"Ən böyük qorxumuz isə..."

"Bu irqləri yalnız yumurtalarını böyük çətinliklərlə təmin edərək yarada bildik. Bütün bu irqlərlə bərabər dünya standartlarında yeni bir cins yetişdirmək üçün də çox böyük səy göstəririk. Yeni yetişdirəcəyimiz irqin ildə 350 yumurta verəcəyin təxmin edirik. Ən böyük qorxumuz bir neçə dəfə çalınmağa təşəbbüs edilən toyuqlarımızı qoruya bilmək."(moderator.az)




OXŞAR XƏBƏRLƏR

“Çox stress keçirirdi, qızının keçmiş həyat yoldaşını...” - Xoşqədəm Cavanşir Məmmədovdan DANIŞDI

“Əməkdar artist Cavanşir Məmmədovun ölüm xəbəri məni çox sarsıtdı. Ölüm gözlə qaş arasındadır”.   Sfera.az olay-a istinadən xəbər verir&n...

Bakıda taxta bazarı YANIR

Paytaxtın Nərimanov rayonunda taxta bazarı yanır.   Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. ...

Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar DAXİL OLDU

Yaz daşqınlarından sonra sel suları ilə Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar, plastik töküntülər, ağac və kol kötükləri daxil olub.   ...

Cavanşir Məmmədov vəfatından 11 gün əvvəl: "Xanımım məndən tez ölsün, onu özüm..." - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədov 11 gün əvvəl "ARB TV"də Zaur Kamalın verilişində iştirak edib.   Sfera.az xəbər ver...

Ərdoğan HAMAS Siyasi Bürosunun rəhbəri ilə GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda HAMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.   Sfera.az-ın verdiyi xəbərə görə, bu b...

Cavanşir Məmmədov DƏFN OLUNDU -YENİLƏNDİ - 2

Əməkdar artist Cavanşir Məmmədov dəfn olunub.   Sfera.az xəbər verir ki, mərhum sənətçi bu gün “Qurd Qapısı” qəbiristanlığında torpağa ta...