“Buta Airways” AZAL-ın sərnişinlərindən əlavə pul aldı - RƏZİLLİK

“Buta Airways” AZAL-ın sərnişinlərindən əlavə pul aldı - RƏZİLLİK
Tbilisidən Bakıya uçan sərnişinlər "Buta Airways” hava yolları şirkətinin böyük biabırçılıqları ilə üzləşib.

Həmin sərnişinlərdən Nəzakət Zeynallı bu barədə qeyd edir. 

Sfera.az Ölkə.Az-a istinadla xəbər verir ki, o, başlarına gətirilən hadisəni nəql edir.

Həmçinin başqa bir xanım sərnişinlərdən biri bildirib ki, AZAL-ın Bakı-Tbilisi-Bakı təyyarə reysi üçün bilet alsa da, geri qayıdan zaman onlara xəbərdarlıq edilmədən geri dönüşləri "Buta Airways” ilə əvəz edilib:

"AZAL və "Buta Airways” Bakı-Tbilisi-Bakı təyyarə reysi sərnişinləri üçün xoşagəlməz sürprizlər etdi. Biz AZAL-la uçmaq üçün bilet alsaq da, xəbərdarlıq olunmadan bizi "Buta Airways” ilə geri qaytardılar. Nəticədə də əl baqajımız üçün əlavə vəsait istənildi. Təsəvvür edin ki, biz baqaj xərcləri də daxil edilən AZAL-ın biletini almağımıza baxmayaraq, geri qayıdan zaman "Buta Airways” üçün əl baqajı və əlavə baqajın hər biri üçün əlavə 25-30 avro, bilet üçün isə 3 avro pul ödəməyimiz tələb olunub. Ən dəhşətlisi isə odur ki, kimsə təyyarədə tək deyilsə və bir yerdə getdiyi şəxslə yanaşı oturmaq istəyirsə, bunun üçün də əlavə 3 avro ödəməlidir. Təsəvvür edin ki, bu məntiqlə ana öz uşağından, bacı qardaşdan və sairə ayrı oturmalıdır. Axı nə üçün biz bütün bu xidmətlərə görə AZAL-a vəsait ödədiyimiz halda, yenidən həmin vəsait bizdən tələb olunur? Nə üçün bu qədər sərnişinin əsəblərini, əhvalını korlayırlar? Məndə də daxil olmaqla, təyyarədə olan bir qrup sərnişin "Buta Airways”-in bu cür fırıldaqlığına etiraz edərək, haqqımızı tələb etdik. Nəticədə də bəlkə biz ilk sərnişinlər olduq ki, 3 avro ödəmədən təyyarəyə minib istədiyimiz yerlərdə oturduq”.

Xanım sərnişin ucuz bilet təklif edən turizm şirkətlərini də insanları aldatmaqda ittiham edib:

"Həmin təyyarədə gözümlə gördüyüm mənzərədir. Bir xanım sərnişinin də üzərində pulu yox idi, ancaq əl çantası və baqajı da götürmək istəyirdi. Ancaq "Buta Airways” işçiləri buna imkan vermədilər. Həmin xanım da məcbur olub, təyyarədə olan rusiyalı turistdən Bakıda hava limanında ödəmək şərtilə 60 avro borc pul aldı. Axı nə üçün insanlar AZAL və "Buta Airways”-in məsuliyyətsizliyi ucbatından bu cür hallara düşməlidir? Turizm şirkətlərindən birinin təklif etdiyi "ucuz biletlərə” də bu qeydləri yazmışdım. Ancaq onlar məni anti-reklam etməkdə ittiham etdilər. Mənim heç kimi reklam və ya anti-reklam etmək fikrim yoxdur. Sadəcə olaraq, bunu yazmaqda məqsədim başıma gələnləri, gördüklərimi insanlara olduğu çatdırmaqdır. Ona görə də turizm şirkətləri kiməsə "ucuz bilet” təklif edəndə, belə məqamları da nəzərə alsınlar”. 
 

Sfera.az

OXŞAR XƏBƏRLƏR

Xalasının bir sözünə görə evə gəlib anasını ÖLDÜRDÜ: "Qətldən sonra isə..." - DETALLAR

“Bəzən qətillərə səbəb heç də tamah və ya əxlaq problemlərindən qaynaqlanmır”.   Sfera.az bildirir ki, bunu "Təmiz Dünya" Qadı...

"Deyirlər ki, rus hərbçilərini ilk dəfə biz çıxarmışıq. Hara çıxarmısan?" - Millət vəkilindən müxalifətə

“Rusiya sülhməramlılarının dinc formada Azərbaycandan çıxarılması bütövlükdə Cənubi Qafqaz tarixində yeni mərhələ deməkdir”.   Sfera.az x...

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində İŞLƏYİR

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir.   Sfera.az xəbər verir ki, bu barədə Aİ-dən bildirilib.   S...

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirdi - FOTOLAR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən Şamaxı rayonunda İcra Hakimiyyətinin dəstəyi ilə gənclər üçün zərərli vərdişlərin f...

"Bu, onu göstərir ki, ABŞ və Fransa münaqişənin bitməsini istəmir" - Ceyhun Məmmədov

“Artıq Rusiya sülhməramlılarının ölkəmizdən çıxarılması prosesinə başlanılıb. Heç şübhəsiz ki, üçtərəfli sənəddə “müvəqqəti” şərtinin qoyulmas...

Narkotik təsir altında olan sürücü SAXLANILDI 

Narkotik vasitənin təsir altında avtomobil idarə edən daha bir sürücü ifşa edilib.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyidən məlumat verilib....