“Bura gəlməyin, çobandırlar” – Körpəsi ölən valideynin üsyanı – Video
Cəmiyyət
09:00 / 03.05.2019
3827
Xəbər verdiyimiz kimi, Bakıda özəl xəstəxanada ötən həftə yeni doğulmuş körpə ölüb.
Sfera.az Minval.info-ya istinadla xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 51-də yerləşən "German” Hospitalda baş verib.
1986-cı il təvəllüdlü Cəfərova Samirə Hüseynağa qızı aprelin 23-də doğuş üçün adıçəkilən hospitala yerləşdirilib və qeysəriyyə əməliyyatı ilə oğlan uşağı dünyaya gətirib. Aprelin 26-da isə uşaq hospitalda dünyasını dəyişib.
Ölən körpənin valideynləri və qohumları hadisəyə görə xəstəxananın həkimlərini günühlandırır. Onlar övladlarını doğumdan 3 gün sonra "German” Hospitaldan götürməyə gəlsələr də, tibb işçiləri uşağın keçindiyini bildirib.
Faktla bağlı araşdırmanın aparıldığı bildirilir.

Daha ətraflı videoda:
]