“Bunun adı korrupsiya deyil, bəs nədir?” - AQTA-ya ittihamlar

“Bunun adı korrupsiya deyil, bəs nədir?” - AQTA-ya ittihamlar
 

"Son zamanlar yaradılmış mənasız qurumlardan biri Qida Təhlükəsizliyi Agentliyidir”.

"Yeni Sabah” xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib. O, bildirib ki, normal ölkələrdə həmin Agentliyin funksiyasını məhkəmələr yerinə yeririr. 

"Bizim hökumət hələ də qavraya bilmir ki, ən yaxşı nəzarətçi - alıcıdır, müştəridir. Əgər normal məhkəmə sistemi olsa, müştəri aldığı keyfiyyətsiz, vaxtı keçmiş, sağlamlığa təhlükə yaradan məhsula görə satıcını məhkəməyə verib böyük məbləğdə kompensasiya alar, bu hal rutinləşsə heç bir istehsalçı, satıcı keyfiyyətsiz mal satmaz”.

N. Cəfərli Qida Təhlükəsuzliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzlinin özü elan etdiyi tenderləri öz şirkətinin qalib elan edilməsinə də münasibət bildirib: 

"Agentlik 12 İyul 2019-cu il tarixində "Medeks" MMC ilə müqavilə imzalayıb. Müqavilənin məbləği 43 min 208 manatdır. 

Həmçinin iyulun 7-də Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu laboratoriyaları üçün ləvazimatların satın alınması üçün "Medeks" MMC ilə 599 min 749 manatlıq başqa müqavilə də imzalayıb.

Qoşqar Təhməzli 2008 - 2016- cı illərdə "Medeks” MMC-də baş direktor vəzifələrində çalışıb, indi də şirkətin Qoşqar Təhməzliyə məxsus olduğu bilinir.

Yəni adam dövlətin təsis etdiyi Agentliyin rəhbəri kimi dövlətin büdcəsindən ayrılan pulla öz şirkətindən avadanlıq alır. Bunun adı korrupsiya, etik qaydaların pozulması, maraqlar konflikti deyil də, bəs nədir?”.


OXŞAR XƏBƏRLƏR

Həyat uğrunda mübarizə aparmaq əvəzinə Evtanaziyanı seçmək

Həyat həmişə xoş sürprizlərdən ibarət olmur. Ağrı, kədər, hətta ölüm də yaşadığımız bu həyatın bir hissəsidir.   Sağlam olduğumuz müddətcə, hər şeyin...

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...

Suiti öz şəhərinə qayıtmaq üçün 200 km üzüb - VİDEO

Təhlükəsizliyinə görə Kanadada ucqar bir çimərliyə köçürülən 200 kq çəkisi olan suiti doğma şəhərinə qayıtmaq üçün təxminən 200 km üzüb. Bu qədər məsafəni qət e...

Hollivud insanları aldadır: Alimlər narazıdırlar

“Oppenheimer” filmi və onun uğurları, eləcə də elmi nailiyyətləri əks etdirən digər filmlər müasir dövrdə artan tendensiyanın göstəricisidir. Elm, x...

Oğlunun Baliyə getməsinə görə vəzifədən uzaqlaşdırıldı

Permin keçmiş meri İlya Demkinin oğlu Cənubi Amerika və İndoneziyanı gəzib.   Sfera.az bildirir ki, sosial şəbəkələrdə İlyanın dəbdəbəli həyatı və ge...