“Bunu ilk dəfə etiraf edəcəm” – Telli də \"Maşın\"a dəvət olundu

“Bunu ilk dəfə etiraf edəcəm” – Telli də \

"Maşın" şou verilişinin dünənki buraxılışının qonaqları sırasında  aşıq Telli də yer alıb.

Sfera.az yeni sabah-a istinadla xəbər verir ki, şounun aparıcısı və layihə rəhbəri Murad Dadaşov  aşığı dəfələrlə yarışmaya dəvət etsə də, onun dəvəti qəbul etmədiyini deyib. 

Aşıq Telli efirdə Murad Dadaşovun təklifini niyə rədd etdiyini açıqlayıb:

"Bunu ilk dəfə etiraf edəcəm. Mən yuxu xəstəsiyəm. Yatmağı çox sevirəm. İştirak etsəm, birinci gün mən əlimi çəkib gedəcəm. Ona görə də bu vaxta kimi dəvətinizi qəbul etməmişəm. Yan-yana neçə maşın da düzəsiniz, desəniz ki, bu  maşınları seçirsən, yoxsa yuxunu? Mən yenə yuxunu seçəcəm, gedəcəm yatmağa.  Yuxudan ötrü ölürəm".


OXŞAR XƏBƏRLƏR