Bunları yeməkdən sonra etmək olmaz! - 5 SƏHV

Bunları yeməkdən sonra etmək olmaz! -  5 SƏHV
Bu səhvləri insanların əksər hissəsi edir. 

1. Yeməkdən dərhal sonra çay içmək olmaz. Çayın tərkibində olan bəzi maddələr qidada olan zülalların və xüsusilə dəmirin mənimsənilməsinə mane olur. Bu səbəbdən maddələr yaxşı mənimsənilmir və insan hətta tam normal qidalandıqda onun orqanizmində bu vacib maddələrin defisiti yarana bilər. Bu xüsusilə hamilə qadınlar və uşaqlar üçün vacibdir.  
2. Yeməkdən dərhal sonra meyvə yeməyin. Bu həzm proseslərinin ləngiməsinə, köpə və qarın ağrılarına səbəb ola bilər. 
Meyvələri qida qəbulları arasında yemək yaxşıdır. 
3. Yeməkdən dərhal sonra çimmək və ya duş qəbul etmək olmaz. Bu da həzm proseslərinə mənfi təsir edir. 
4. Yeməkdən sonra siqaret çəkmək olmaz. Ümumillikdə bu çox pis vərdişdir. Lakin həkimlərin fikirinə görə yeməkdən dərhal sonra çəkilmiş 1 siqareti 10 siqaretin təsiri ilə müqayisə etmək olar.
5. Yeməkdən sonra yatmaq olmaz. Axşam saatlarında insan daha az hərəkət edir, dincəlir ki, bunun nəticəsində qida ilə aldığımız kalorilər sərf edilmir və artıq çəkinin yığılmasına səbəb olur.
Digər tərəfdən yuxu zamanı insan orqanizmində gedən bir çox proseslər, və o cümlədən həzm prosesləri, ləngiməyə başlayır. Nəticədə yatmazdan əvvəl qəbul olunmuş qida normal həzm olunmur, bağırsaqlarda çürüməyə başlayır. Bu isə orqanizmin intoksikasiyasına (zəhərlənmə) səbəb olur.
Gecə saatlarında mədə, bağırsaqlar, qara ciyər dincəlir və özünü bərpa edir. Lakin əgər insan yatmazdan əvvəl çoxlu miqdarda qida qəbul edirsə (xüsusilə yağlı, qızardılmış və s. qidaları) onun mədə-bağırsaq sistemi dincələ bilmir, artıq yüklənir. Bu isə öz növbəsində müxtəlif pozulmaların inkişafına təkan verə bilər.

OXŞAR XƏBƏRLƏR

Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti MÜZAKİRƏ ETDİ

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mus...

Bu xəbər neft və qızılı BAHALAŞDIRDI

ABŞ mediasında İsrailin İrana qarşı hücum təşkil etdiyi barədə xəbərlərin yayılması birjalarda qızıl və neft qiymətlərinə təsir edib.  Sfera.az xatırl...

"Beşiktaş" Qurban Qurbanovla bağlı xəbəri TƏSDİQLƏDİ: "Qəti qərar..."

"Beşiktaş" "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla maraqlandıqlarına dair xəbərlərə münasibət bildirib.   Sfera.az Qol.az-a is...

Sülh yolu ilə yola salınan SÜLHMƏRAMLILAR: Rəsmi Bakının növbəti diplomatik uğuru!

Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması tarixi hadisədir desək, yəqin yanılmarıq. Bu, həm xalqın, həm də ölkə başçısı,...

107 yaşlı kişi uzunömürlülüyün SİRRİNİ AÇIQLADI 

Böyük Britaniyanın 107 yaşlı sakini növbəti ad gününü qeyd edib və uzun ömür sürməyin sadə sirrini açıqlayıb.  Sfera.az xəbər verir ki, bu barədə...

Lalə Azərtaşın verilişi bu tarixdə BAĞLANACAQ

Xəzər Televiziyası may ayından "Təsir dairəsi" verilişinin efir vaxtını qısaldacaq, sentyabrdan isə veriliş bağlanacaq.   Sfera.az bildirir...