Bundesliqa klubu erməni hücumçunu transfer etdi

Bundesliqa klubu erməni hücumçunu transfer etdi
Almaniyanın "Hoffenhaym" klubu hücumçu alıb.

Bundesliqa təmsilçisi "Yan Reqensburq"un erməni futbolçusu Sarqis Adamyanı transfer edib. "Hofenhaym" bu keçid üçün II Bundesliqa klubuna 1,5 milyon avro təzminat ödəyib. 25 yaşlı forvardla 2022-ci ilin yayına qədər müqavilə imzalanıb.

Adamyan Almaniyanın "Neubrandenburq" klubunun yetirməsidir. O, peşəkar karyerasına bu ölkənin "Hanza" klubunda başlayıb. Ermənistan millisinin üzvü 2017-ci ildən "Yan Reqensburq"da çıxış edirdi.

OXŞAR XƏBƏRLƏR