Sİyasət

Bulvardakı obyektlərlə bağlı - FƏRMAN

Bulvardakı obyektlərlə bağlı - FƏRMAN
Dənizkənarı Milli Parkın ərazisində yerləşən obyektlərin görünüşü ilə bağlı vahid tələblər konsepsiyası və müvafiq yenidənqurma (rekonstruksiya) proqramı hazırlanacaq.

Sfera.az-az-ın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı "Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında” fərmanda əksini tapıb.

Fərmana əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bulvar İdarəsi ilə razılaşdırılmaqla, Dənizkənarı Milli Parkın ərazisində yerləşən obyektlərin görünüşü ilə bağlı vahid tələblər konsepsiyasının və müvafiq yenidənqurma (rekonstruksiya) proqramının layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

XƏBƏR LENTİ

«    Mart 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031