Bulvarda intihar edən kişinin cəsədi tapıldı - YENİLƏNİB

Bulvarda intihar edən kişinin cəsədi tapıldı - YENİLƏNİB
10:31

Bu gün səhər saatlarında Dənizkənarı Milli Parkın ərazisində suya düşmüş vətəndaşın cəsədi tapılıb. Milli.Az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda, Dənizkənarı Milli Parkın ərazisində suya düşmüş vətəndaşın cəsədi Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 08:53-də başa çatıb.

-----------

09:42

Bulvar ərazisində 45 yaşlı Nadirov İbrahim Musa oğlu özünü dənizə atıb.

Milli.Az bildirir ki, bu barədə anspress-ə bulvar idarəsinin əməkdaşları məlumat veriblər. Məlumat əsasında əraziyə FHN-in dövlət sulardan xilas etmə xidməti və hüquq mühafizə orqanlarının əməkdaşları cəlb ediliblər.

Polislərin verdiyi məlumata görə, özünü dənizə atan şəxs əvvəlcədən gödəkçəsini və mobil telefonunu kənara qoyub. Daha sonra bir məktub da yazıb. Bütün bunlardan sonra 45 yaşlı Lənkəran rayon sakini İbrahim Nadirov özünü dənizə atmaqla həyatına qəsd edib. 

Axtarış tədbirləri dəniz və sahilboyu paralel olaraq həyata keçirilir. Dalğıcların suda bir neçə müddət axtarış işləri aparmasına baxmayaraq 45 yaşlı kişinin heç bir izinə rast gələ bilməyiblər.

Əlverişsiz hava şəraiti olduğundan axtarış işləri gecə saatlarında yalnız motorlu qayıq vasitəsilə  aparılacaq. Səhər saatlarından isə əraziyə bir neçə qrupdan ibarət dalğıcın cəlb olunacağı bildirildi.

Özünü dənizə atan İbrahim Nadirovun yazdığı məktubun mətni ilə bağlı isə hazırda polis müvafiq araşdırmalar aparır.

OXŞAR XƏBƏRLƏR

"Beşiktaş" Qurban Qurbanovla bağlı xəbəri TƏSDİQLƏDİ: "Qəti qərar..."

"Beşiktaş" "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla maraqlandıqlarına dair xəbərlərə münasibət bildirib.   Sfera.az Qol.az-a is...

Sülh yolu ilə yola salınan SÜLHMƏRAMLILAR: Rəsmi Bakının növbəti diplomatik uğuru!

Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması tarixi hadisədir desək, yəqin yanılmarıq. Bu, həm xalqın, həm də ölkə başçısı,...

107 yaşlı kişi uzunömürlülüyün SİRRİNİ AÇIQLADI 

Böyük Britaniyanın 107 yaşlı sakini növbəti ad gününü qeyd edib və uzun ömür sürməyin sadə sirrini açıqlayıb.  Sfera.az xəbər verir ki, bu barədə...

Lalə Azərtaşın verilişi bu tarixdə BAĞLANACAQ

Xəzər Televiziyası may ayından "Təsir dairəsi" verilişinin efir vaxtını qısaldacaq, sentyabrdan isə veriliş bağlanacaq.   Sfera.az bildirir...

Türkiyə XİN İsraillə İrana ÇAĞIRIŞ ETDİ

Türkiyə İsraillə İranı və onların tərəfdarlarını daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırır.   Sfera.az-ın verdiyi xəbərə ...

Hüquqi şəxslər “Expressbank”dakı vəsaitlərini çıxarır – Bank kiçilib

Azərbaycanın özəl kommersiya banklarından olan “Expressbank”dan 2024-cü ilin birinci rübü ərzində hüquqi şəxslər böyük məbləğdə vəsaitlərini götürüb...