İdman

Buffon Del Pyeronun rekordunu təkrarlayıb

Buffon Del Pyeronun rekordunu təkrarlayıb
 

İtaliyanın "Yuventus” klubunun futbolçusu Canluici Buffon Turin təmsilçisinin heyətində 513-cü oyununu keçirib.

Sfera.az bildirir ki, bu, A seriyasının X turunun "Cenoa” ilə görüşünə (2:1) təsadüf edib.

Bununla da 41 yaşlı qapıçı "Yuventus”da 513 oyun keçirən Alessandro Del Pyero rekordunu təkrarlayıb. Cari mövsüm 4 oyuna çıxan qolkiper üçün növbəti qarşılaşma mütləq rekordla əlamətdar olacaq.

 

Qeyd edək ki, ötən mövsümü Fransanın PSJ klubunda keçirən C.Buffon qarşılıqlı razılıqla müqaviləyə xitam verildikdən sonra bu yay yenidən Turin təmsilçisinə qayıdıb.

 

XƏBƏR LENTİ

«    Noyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
252627282930