Büdcədəki kəsirlə bağlı Maliyyə Nazirliyindən açıqlama – “BU KƏSİR…”

Büdcədəki kəsirlə bağlı Maliyyə Nazirliyindən açıqlama – “BU KƏSİR…”
 

Maliyyə Nazirliyi "Marja”nın sorğusuna əsasən, 2019-cu ilin birinci yarımilliyində dövlət büdcəsinin kəsirlə icra olunmasını şərh edib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Mais Piriyev bildirib ki, 2019-cu ilin dövlət büdcəsi 23 milyard 168 milyon manat gəlir, 25 milyard 190 milyon manat xərc və müvafiq olaraq 2 milyard 22 milyon manat məbləğində kəsir olmaqla təsdiq olunub. O qeyd edib ki, kəsirlə təsdiq olunan büdcə dünyanın əksər dövlətlərinə xas olan praktikadır.

"2019-cu ilin birinci yarısında ölkəmizin dövlət büdcəsinin gəlirləri 10 milyard 405,5 milyon manat, xərcləri 10 milyard 951 milyon manat, kəsir 545,5 milyon manat təşkil etmişdir. Göründüyü kimi həmin kəsir təsdiq olunan yuxarı həddən yüksək deyil. Bu kəsir dövlət büdcəsində nəzərdə tutulan maliyyələşdirmə mənbələri – özəlləşdirmədən daxilolmalar, daxili və xarici borclanma və vahid xəzinə hesabının sərbəst qalığı hesabına bağlanılıb”, – deyə M.Piriyev vurğulayıb.

Qeyd edək ki, cari ilin birinci yarısında dövlət büdcəsinin xərcləri tam şəkildə – 100,2 faiz icra olunub.


OXŞAR XƏBƏRLƏR

107 yaşlı kişi uzunömürlülüyün SİRRİNİ AÇIQLADI 

Böyük Britaniyanın 107 yaşlı sakini növbəti ad gününü qeyd edib və uzun ömür sürməyin sadə sirrini açıqlayıb.  Sfera.az xəbər verir ki, bu barədə...

Lalə Azərtaşın verilişi bu tarixdə BAĞLANACAQ

Xəzər Televiziyası may ayından "Təsir dairəsi" verilişinin efir vaxtını qısaldacaq, sentyabrdan isə veriliş bağlanacaq.   Sfera.az bildirir...

Türkiyə XİN İsraillə İrana ÇAĞIRIŞ ETDİ

Türkiyə İsraillə İranı və onların tərəfdarlarını daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırır.   Sfera.az-ın verdiyi xəbərə ...

Hüquqi şəxslər “Expressbank”dakı vəsaitlərini çıxarır – Bank kiçilib

Azərbaycanın özəl kommersiya banklarından olan “Expressbank”dan 2024-cü ilin birinci rübü ərzində hüquqi şəxslər böyük məbləğdə vəsaitlərini götürüb...

Milli Məclisin növbəti iclası bu tarixdə KEÇİRİLƏCƏK

Milli Məclisin növbəti iclası 23 apreldə keçiriləcək.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sah...

Milli Məclisdə şəhid övladları ilə bağlı MÜHÜM TƏKLİF

“Özəl orta məktəblər şəhid övladlarını pulsuz oxutmalıdır”.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Etib...