İqtİsadİyyat

Büdcədə neftin qiymətinə yenidən baxmalıyıq – Ekspertdən açıqlama

Büdcədə neftin qiymətinə yenidən baxmalıyıq – Ekspertdən açıqlama

"Büdcədə neftin bir barelinin qiymətini 20 dollardan götürməliyik”.


Sfera.az-a açıqlamasında bu sözləri dünya birjalarında neftin qiymətinin kəskin düşməsi fonunda Azərbaycanın dövlət büdcəsində "qara qızıl”ın bir barelinin qiymətinə yenidən baxılıb-baxılmaması vacibliyinə toxunarkən iqtisadçı ekspert Fuad İbrahimov deyib.


Ekspertə görə bu məsələdə artıq yükdən xilas olmalıyıq: "Dünya bazarlarında hazırda neftin qiyməti 35 dollara düşübsə, Azərbaycanın dövlət büdcəsində neftin bir barelinin qiymətinin 55 dollardan götürülməsi artıq yük məsuliyyətidir. Neftin qiymətilə bağlı artıq nə institusional səviyyədə proqnozlar, nə də birjaların texniki analizlərinin cavabları düz çıxır. Burada daha çox bazar fiaskosu vüsət alıb. Koronavirus və gedən siyasi proseslər problemli sitiuasiya yaradıb. Bu da özünü daha çox panika formasında göstərir”.


Ekspert hesab edir ki, riskdən yan keçmək üçün 20 dollarlıq səviyyə yeganə çıxış variantıdır: "Belə vəziyyətdə büdcədə neftin qiymətinə sözsüz ki, yenidən baxılmalıdır. İqtisadçi olaraq bunun tərəfdarıyam. Artıq ikinci dəfə belə təhlükəli məqamla üz-üzə qaldığımızdan, yaşanan ajiotajdan xilas olmaq üçün, neftin qiyməti aşağı səviyyədə elə götürülməlidir ki, heç bir risk olmasın. Norveç modeli kimi, simvolik olaraq büdcədə neftin bir barelinin qiymətini 20 dollardan götürməliyik”.

 

F. İbrahimov düşünür ki, neftin qiyməti bahalaşsa belə, 20 dollara endirməklə bundan sonra büdcədə "qara qızıl”ın qiymətinə daha baxılmasın, elə aşağı səviyyədə qalsın: "Belə ki, artıq vəsaitlərimiz Dövlət Neft Fondunda cəmləşəcək ki, lazım olan halda oradan əlavə transferlər ediləcək. Gələcəkdə bu mexanizmdən istifadə etməliyik”.

 

Elçin

Sfera.az

XƏBƏR LENTİ

«    Mart 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031