Büdcə qəbul olundu - QHT-lərin pulu artırıldı

Büdcə qəbul olundu - QHT-lərin pulu artırıldı
 Maliyyə naziri Samir Şərifov Milli Məclisdə 2018- ci ilin büdcə zərfinə daxil olan qanun layihələri ilə bağlı deputatlar tərəfindən səsləndirilmiş  təkliflərə hökumətin mövqeyini açıqlayıb.  

Qafqazinfo xəbər verir ki, nazir qeyd edib ki, ölkədə ehtiyac meyarının həddi 116 manatdan 130 manata çatdırılıb. O eyni zamanda qeyd edib ki, bu səbəbdən büdcədə  xərclər üzrə bir sıra digər istiqamətlərdə dəyişiklik edilməsi zərurəti yaranıb. Belə ki, Milli Məclisdə qaldırılan məsələlər prezidentə məruzə olunub: "Buna görə də dövlət başçısının tapşırığına əsasən büdcə zərfinə düzəlişlər edilib.

Məsələn, prezidenin tapşırığına  əsasən anadangəlmə eşitmə və ürək qusurlu uşaqların müalicəsinə büdcədən  əlavə 4 milyon manat  vəsait ayrılacaq. Bu məsələ bir daha Səhiyyə və Maliyyə nazirlikləri ilə birlikdə dəqiqləşdiriləcək. Həmçinin siyasi partiyalara büdcədən əlavə 500 min manat pul ayrılaraq ümumi məbləğ  3,1 milyon manata çatdırılıcaq. QHT-lərə isə büdcədən əlavə  600 min manat ayrılaraq məbləğin 5, 6 milyon manata çatdırılması təmin oluncaq.  Milli Məclis xərcələr smetası isə 1 milyon 200 min manat artırılır. 

Üzeyir Hacıbəyli  adına sinfonik orkestrinin bədii  heyətinə aid olan işçilərin , Energetika Nazirliyinin, Polşada açılacaq Ticarət Nümayəndəliyi üçün əlavə vəsait artırılacaq. Eyni zamaanda  sahibsiz olan heyvanların müdafiəsi üç ün əlavə vəsait ayrılacaq. Bu da ümumilikdə 3,8 milyon manatdır. 

Təhsil Nazirliyinin və sair  bölməsində göstərilən xərclər 46 milyon manat dəyişdiriləcək. Nəticədə bu rəqəm  tələblərə verilən  təqaüdə yönəldiləcək. Beləliklə təqaüdün  xərcləri  70 milyona çatdırılacaq. Bu da tələbələrə verilmiş təqaüdlə bağlı anlaşılmazlığı aradan qaldırır”.

Beləliklə 2018- ci ilin büdcə zərfi səsə qoyularaq qəbul olunub.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...

Ceyms Bond filmindən ilhamlanaraq dizayn edilib: Dünyanın ilk üzən oteli

Fransız dizayneri tərəfindən hazırlanmış və “Anthenea” adlanan bu otelin dəniz mənzərəsi yoxdur. Otel dənizin özündədir.    Sfera.az...

Türkiyədə ən çox daşınmaz əmlaka ruslar sahib olub - STATİSTİKA

2024-cü ilin mart ayına olan məlumata görə, Rusiya Federasiyası vətəndaşları Türkiyədə satın alınan daşınmaz əmlakın həcminə görə lider olublar. Sfera.az x...