İqtİsadİyyat

Büdcə kəsirinin fantastik artımı nə ilə bağlıdır? – Ekspertdən açıqlama

Büdcə kəsirinin fantastik artımı nə ilə bağlıdır? – Ekspertdən açıqlama

"Hökumət neftin qiymətinin 55 dollardan aşağı düşəcəyi ehtimalını nəzərə alaraq, büdcə kəsirinin daha da artımı hesabına rahat davranmaq üçün öncədən özünə əlyeri qoyur”.


Sfera.az-a açıqlamasında bu sözləri cari il və gələn il üçün büdcə kəsirinin kosmik sürətlə arta biləcəyi barədə proqnozlara toxunarkən iqtisadçı ekspert Natiq Cəfərli deyib. Həmsöhbətimizin fikrincə, cari il üçün büdcə kəsirinin artmasına əsas səbəb il ərzində müxtəlif ödənişlərlə əlaqədar verilən fərmanlar olub:

 

"Hansı ki, cari büdcə qəbul olunarkən bu fərmanların maliyyələşmə mənbələri məlum deyildi. Belə ki, cari ilin büdcəsi ilin əvvəlində qəbul olunub. Ancaq sonradan il ərzində bir neçə dəfə prezident fərmanları ilə həm minimum təqaüd, həm də minimum əmək haqları artırıldı. Nəticədə bu fərmandan irəli gələrək əlavə maliyyə mənbələrinin olmasına ehtiyac yarandı. Bu ehtiyacın ödənilməsinin bir hissəsi də məhz büdcə kəsirinin artırılması yolu ilə həyata keçirilir. Ona görə də hökumətə büdcə kəsirinin artırılması istiqamətində addımlar atmağa icazə verildi. Yəni, büdcə kəsirinin artımı hesabına bəzi məsələlərin maliyyələşməsi baş tutdu”.


Gələn il üçün isə büdcə kəsinin kəskin artması məsələsinə gəldikdə, həmsöhbətimiz qeyd etdi ki, 2020-ci il üçün büdcənin formalaşmasında neftin qiyməti 55 dollardan götürülüb: "Bu il üçün isə neftin qiyməti 60 dollardan götürülüb. 55 dollardan hesablanmış büdcədə isə bəzi büdcə gəlirlərində problemlərin yaşanacağı öncədən proqnozlaşdırılır. Hətta neftin qiymətinin 55 dollardan aşağı düşə biləcəyini də nəzərə alsaq, büdcə kəsirinin daha da artırılması hesabına hökumət öncədən daha rahat davranmaq üçün özünə əlyeri qoyur. Yəni, problem yaşanacaqsa, büdcə kəsirinin artması hesabına bəzi xərc istiqamətlərinin maliyyələşdirilməsi nəzərdə tutulub. Görünən odur ki, xərc istiqamətinin artması ehtimalını nəzərə alaraq, büdcə kəsirinin də artmasını öncədən proqnozlaşdırmaqla büdcə xərclərinə salıblar. Gələn ilin büdcəsində ciddi büdcə kəsirinin olması ehtimalı ilkin olaraq məhz bu amillə bağlıdır”.

 

 

Elçin

Sfera.az

XƏBƏR LENTİ

«    Noyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
252627282930