Bu yollarda rənglənmə işləri aparılacaq
Cəmiyyət
18:05 / 06.08.2019
3937
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsinin daxili yollarında üfiqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.
"Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, bu üzdən sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.