“Bu yaşda deputat olmaq doğru deyil” - YAP-çı deputatdan açıqlama

“Bu yaşda deputat olmaq doğru deyil” - YAP-çı deputatdan açıqlama
 

Beşinci çağırış Milli Məclisin deputatı olmuş Ağacan Abiyevin Azərbaycan Boks Federasiyasının Birinci vitse-prezidentiyindən getməsi barədə xəbər yayılıb. Buna səbəb kimi səhhətində yaranan problem göstərilib.

"Yeni Sabah" xəbər verir ki, Ağacan Abiyev modern.az-a açıqlamasında yayılan xəbərlərin yalan olduğunu deyib: "İllərdir ki, Azərbaycan Boks Federasiyasının Birinci vitse prezidenti kimi çalışıram. Ancaq Federasiyaya gedib gəlməyimdə problem yoxdur. Yarışdan-yarışa, iclasdan-iclasa qatılmağımda heç bir problem yoxdur. Sözsüz ki, Federasiyadakı işlərimi davam etdirmək fikrindəyəm. Vaxtilə "Boks mənim həyatımdır”adlı kitab yazmışdım. Doğrudan da, boks mənim həyatımdır. 15 yaşımdan boksla məşğul oluram. Deyim biləsiz. Hələ indiyə kimi SSRİ boyda dövlətdə bir nəfər də olsun olimpiya oyunlarında baş hakim olmayıb. Ancaq mən olmuşam”. 

Ağacan Abiyev deputatlığa namizədliyini verməməsi barədə də danışıb:"Hər şeyin həddi-hüdudu var. Hesab edirəm ki, bu yaşda deputat olmaq doğru deyil. Səhhətim də əl vermir. Deputatlığa namizədliyimi verməməklə bağlı qərarımı lap çoxdan vermişəm. Hətta, 2 il bundan qabaq yenidən deputat olmayacağımı düşünmüşəm”.

Qeyd edək ki, Ağacan Abiyev üçüncü, dördüncü və beşinci çağırış Milli Məclisin deputatı olub. Yeni Azərbaycan Partiyasının üzvüdür.


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...