Bu vaxta qədər ölkədə baş vermiş ən böyük yanğınlar – Siyahı

Bu vaxta qədər ölkədə baş vermiş ən böyük yanğınlar – Siyahı
Xəbər verdiyimiz kimi dünən Bakının 8-ci kilometr bazarı yaxınlığında yerləşən Diqlas Ticarət Mərkəzi yanıb.

Məlumata görə, ticarət mərkəzində 1000-ə yaxın obyekt olub. Yanğın zamanı insan tələfatı olmasa da sahibkarlara ciddi ziyan dəyib.

Azərbaycanda vaxtaşırı belə böyük yanğınlar meydana gəlib.

Sfera.az Qaynarinfo.az-a istinadən bu vaxta qədər ölkə miqyasında baş vermiş dəhşətli yanğınlardan bəziləri haqda məlumatı təqdim edir:

1. 1995-ci il 28 oktyabr: Bakı metrosunda yanğın – 289 nəfər ölüb, 270 nəfər yaralanıb

Hadisə "Ulduz” və "Nəriman Nərimanov” stansiyaları arasındakı tuneldə qatarın alışması nəticəsində baş verib. Ölənlərdən 28-i uşaq, 3ü isə xilasedici olub. Tələfatın böyük olması qatarın tuneldə alışması və xilasetmə əməliyyatının yetərsizliyi ilə bağlı idi. Elə qəzanın əsas səbəbi kimi də köhnə avadanlıqlarla təchiz olunmuş qatarın nasazlığı, habelə maşinistin səhv qərar verməsi göstərilmişdi. Əvvəlcə hadisənin terror olması ehtimal edilsə də, lakin terror əməli aşkarlanmayıb və texniki qəza kimi qiymətləndirilib. Bu səbəbdən ölkədə 3 gün matəm elan edilib. Hadisə zamanı sərnişinlərdən biri olan Çingiz Babayev digər sərnişinləri xilas etdiyinə görə Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb.

2. 2015-ci il 19 may: Bakı şəhərinin Binəqədi rayonunda Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında yanğın – 15 nəfər ölüb, 64 nəfər yaralanıb

Hadisə səhər saatlarında (10:30) baş verib. Yanğının böyükmiqyaslı olmasına səbəb kimi binanın üzərinə çəkilmiş penoplas üzlüklər göstərilib. Hadisə nəticəsində 15 nəfər ölüb, 64 nəfər isə yaralanıb. Fakt üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində cinayət məcəlləsinin ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma, vəzifə səlahiyyətlərindən sui-istifadə və ağır nəticələrə səbəb olan səhlənkarlıq maddələri ilə cinayət işi açılıb.

3. 2015-ci il 4 dekabr: Günəşli neft yatağında yanğın – 9 nəfər ölüb, 63 nəfər yaralanıb

Hadisəyə ilkin səbəb olaraq o göstərilir ki, saat 17ː40 radələrində nəhəng dalğalar Dövlət Neft Şirkətinin "Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə 110 atmosfer təzyiqlə işləyən sualtı qaz xəttinin dayaq borusunu qırıb, nəticədə boru kəməri zədələnib və şiddətli yanğın baş verib.

4. 2018-ci il 2 mart: Respublika Narkoloji Dispanserinda yanğın – 25 nəfər ölüb

Yanğın saat 06.10-da beş korpusdan ibarət Respublika Narkoloji Mərkəzinin birinci korpusunda baş verib. Hadisə nəticəsində Narkoloji Dispanserdə müalicə alan 25 xəstə həyatını itirib.

5. 2018-ci il 3 iyul: Azərbaycan İES-də yanğın – ölkənin böyük hissəsi 2 gün işıqsız qalıb

Mingəçevirdə ölkənin ən böyük elektrik stansiyası olan Azərbaycan İES-in 6-cı enerji blokunda partlayış baş verib və yanğın hadisəsi olub. Partlayış nəticəsində ölkənin əksər rayonlarında elektrik enerjisinin verilişi dayanıb. Hadisənin ilkin səbəbi kimi həddindən artıq yüklənmə göstərilir.


OXŞAR XƏBƏRLƏR

"Çelsi" üçün ikinci BİABIRÇILIQ - Ən böyük məğlubiyyət

İngiltərə Premyer Liqasının 29-cu turunda "Arsenal" və "Çelsi" komandaları qarşılaşıb.   Sfera.az bildirir ki, “topçular&rd...

Türkiyənin ilk astronavtı Azərbaycana GƏLƏCƏK

Türkiyənin kosmosa səyahət edən ilk astronavtı Alper Gezeravcının Azərbaycana səfəri təşkil olunacaq.   Sfera.az-ın report-a istinadən xəbərinə görə,...

“İstəyirəm ki, həyat yoldaşım mənə görə utanmasın” - Aysun İsmayılova + VİDEO

“İstəyirəm ki, həyat yoldaşım mənim mahnılarıma qulaq asanda utanmasın”.   Sfera.az xəbər verir ki, bu sözləri ATV-nin efirində yayımlana...

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi BAŞLANDI

Sabiq baş pediatr Nəsib Quliyevin intiharı ilə bağlı cinayət işi başlanıb.   Sfera.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məl...

Ombudsman Ermənistanın Azərbaycana qarşı mina terroru haqqında Böyük Britaniya səfirini MƏLUMATLANDIRDI

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan tərəfindən işğal dövründə Azərbaycan torpaqlarında törədilən mina terroru haqq...

Bayden qanunu imzalayacaq, lakin "TikTok" ABŞ-də qadağan olunmaya bilər - SƏBƏB

Xəbər verdiyimiz ki, Co Bayden bu gün ABŞ-də “TikTok”un qadağan olunması ilə bağlı qanun layihəsi imzalayacaq.   Sfera.az bildirir k...