Bu universitetimizin tələbələrinə yemək və geyim üçün əlavə vəsait verilə bilər - İlk dəfə

Bu universitetimizin tələbələrinə yemək və geyim üçün əlavə vəsait verilə bilər - İlk dəfə
"İlahiyyat İnstitutunda təhsil alan tələbələrə yemək və geyim xərcləri üçün əlavə vəsaitin ödənilməsi nəzərdə tutulur”

Bu sözləri AzEdu.az-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib:

Gündüz İsmayılov bildirib ki, İlahiyyat İnstitutunda təhsil alan tələbələrə təqaüd və yataqxana ilə də təmin edilir:

"Əvvəllər Azərbaycanda ali dini təhsili təkcə Bakı İslam Universiteti verirdi və bu təhsil ocağı da ödənişli idi. Çünki Bakı İslam Universiteti dövlət təhsil müəssisəsi deyil və ödənişsiz təhsil verməsi qeyri-mümkündür. Prezident İlham Əliyevin doğru və uğurlu sərəncamı ilə vəziyyət dəyişdi. İş üzrə Dövlət Komitəsi yanında Azərbaycan İlahiyyat İnstitutu yaradıldı. İlahiyyat İnstitutunda təhsil almaq ödənişsizdir. Hətta İlahiyyat İnstitutunda tələbələr təqaüd və yataqxana ilə təmin edilir”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Azərbaycan İlahiyyat İnstitutunun təhsilin səviyyəsindən də söz açıb:

"Yaxın vaxtlarda İlahiyyat İnstitutun tələbələrinə yemək və geyim xərcləri üçün də əlavə vəsait ödənilməsi nəzərdə tutulur. Təhsilin səviyyəsi isə xarici ölkələrdən heç də geri qalmır. Belə olduğu təqdirdə dini təhsil almaq üçün xaricə getməyə ehtiyac qalmır”.

OXŞAR XƏBƏRLƏR

Bakıda dəhşətli QƏTL - Sevgilisini öldürdü, sonra... - TƏFƏRRÜAT

Aprelin 20-də saat 6 radələrində Xətai rayonu ərazisində 2002-ci il təvəllüdlü Elnarə Cabbarovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. ...

Azərbaycan IEA ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə etdi - YENİLƏNİB

Azərbaycan Beynəlxalq Enerji Agentliyi (IEA) ilə COP29-un gündəliyindəki prioritetləri, o cümlədən yeni qlobal kollektiv maliyyə kəmiyyətlərinin qəbulu və Milli...

"Barselona"nın futbolçusu PSJ ilə oyundan sonra TƏHDİD OLUNDU

"Barselona" klubunun futbolçusu Joau Kanselu İspaniyada PSJ-yə 1:4 hesabı ilə uduzduqları Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunundan ...

Yeni kurikulumlar tədris prosesində nələri dəyişəcək? - ARTİ-nin şöbə müdiri ilə MÜSAHİBƏ

“Kurikulum sənədi müəllimlərin həvəslə istifadə edəcəkləri, faydalanacaqları resursa çevriləcək”   Sfera.az xəbər verir ki, bunu&nbs...

Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI

Milli Məclisin yaz sessiyası üzrə 23 apreldə keçiriləcək növbəti plenar iclasının gündəliyi açıqlanıb.   Sfera.az xəbər verir ki, toplantının gündəli...

Azərbaycan BMT ilə COP29 çərçivəsində əməkdaşlığı MÜZAKİRƏ ETDİ - YENİLƏNDİ

Azərbaycanda “yaşıl enerji” sahəsinə investiyaların cəlbi, xüsusilə inkişaf etməkdə olan ölkələrin dəstəklənməsi və bu istiqamətdə beynəlxalq əməkda...