Bu təşəbbüs nəqliyyat sıxlığını əhəmiyyətli dərəcədə azalda bilər - RƏY

Bu təşəbbüs nəqliyyat sıxlığını əhəmiyyətli dərəcədə azalda bilər - RƏY
 

Paytaxt yollarında yaranan nəqliyyat sıxlığının əsas səbəblərindən biri də məktəblilərin daşınmasıdır.

Bunu "Finans.az"a Azərbaycan Texniki Universitetinin "Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi" kafedrasının professoru Fuad Həsənov son günlər koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə məktəblərdə tədrisin dayandırılmasının nəqliyyat sıxlığı və tıxacların azalmasına təsirindən danışarlən deyib. Ekspertin sözlərinə görə, nəqliyyat sıxlığında azalmaları biz yay tətili və digər tətillər ərəfəsində də müşahidə edirik:

"Bakı üzrə demək olar ki, hər rayonda onlarla məktəb fəaliyyət göstərir. Bu məktəblərə əsasən aşağı sinif şagirdlərini valideynlər öz şəxsi avtomobilləri ilə gətirirlər. Bu da paytaxt küçələrində avtomobil sıxlığına yol açır. Eləcə də, şəxsi avtomobili olmayan valideynlər ictimai nəqliyyata üz tutur və bu da istənilən halda sərnişin sıxlığını artırır. Tətil ərəfəsində evdə və ya iş başında olan valideynlərin şəxsi avtomobilləri ilə yola çıxması nəqliyyat axınını təqribən 20% arırır".

Həmçinin məktəblərin qarşısında yaranan parklanma probleminə toxunan ekspert bildirib ki, bir sıra hallarda sürücülər parklanma ilə bağlı qadağaları kobud şəkildə pozurlar:

"Məktəblərin qarşısında şəxsi avtomobillərini park edən valideynlər yolların keçiciliyini azaldırlar. Bəzi hallarda avtomobillər 2-ci və 3-cü cərgədə park edilir. 4 və ya 5 zolaqlı yollarda üçə yaxın cərgənin tutulması nəqliyyat axınının qarşısını alır və orada tıxaclar yaranır".

Ekspertin sözlərinə görə, mövcud vəziyyət göstərir ki, məktəbli avtobuslarının təşkil edilməsi nəqliyyat sıxlığının aradan qaldırılması üçün olduqca önəmlidir:

"Bir neçə müddət əvvəl məktəbli avtobuslarının yaradılması üçün Təhsil Nazirliyi və Bakı Nəqliyyat Agentliyinin əməkdaşlığa başlaması haqqında məlumat yayılmışdı. Bu layihənin həyata keçirilməsi sıxlıq problemlərinin aradan qaldırılması üçün doğru bir təşəbbüsdür. Məktəblilərin xüsusi avtobuslarla daşınma praktikası bütün dünya üzrə özünü doğruldub. Bu təşəbbüs yollara daha az şəxsi avtomobillərin çıxmasına və nəqliyyat sıxlığının azalmasına əhəmiyyətli təsir göstərəcəkdir".


OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Pakistan ticarət əlaqələrini yaxşılaşdırmaq üçün iki saziş hazırlayır

Azərbaycan və Pakistan ölkələr arasında ticarət əlaqələrinin yaxşılaşdırılmasına kömək edəcək Tranzit Ticarət Sazişi və Preferensial Ticarət Sazişinin hazırlanm...

“Çox stress keçirirdi, qızının keçmiş həyat yoldaşını...” - Xoşqədəm Cavanşir Məmmədovdan DANIŞDI

“Əməkdar artist Cavanşir Məmmədovun ölüm xəbəri məni çox sarsıtdı. Ölüm gözlə qaş arasındadır”.   Sfera.az olay-a istinadən xəbər verir&n...

Bakıda taxta bazarı YANIR

Paytaxtın Nərimanov rayonunda taxta bazarı yanır.   Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. ...

Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar DAXİL OLDU

Yaz daşqınlarından sonra sel suları ilə Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar, plastik töküntülər, ağac və kol kötükləri daxil olub.   ...

Cavanşir Məmmədov vəfatından 11 gün əvvəl: "Xanımım məndən tez ölsün, onu özüm..." - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədov 11 gün əvvəl "ARB TV"də Zaur Kamalın verilişində iştirak edib.   Sfera.az xəbər ver...

Ərdoğan HAMAS Siyasi Bürosunun rəhbəri ilə GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda HAMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.   Sfera.az-ın verdiyi xəbərə görə, bu b...