Bu təlimlər düşmənlərin ritorika və eyforiyasını ciddi aşağı salacaq - Ekspert şərhi

Bu təlimlər düşmənlərin ritorika və eyforiyasını ciddi aşağı salacaq - Ekspert şərhi
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası hökumətləri arasında imzalanmış anlaşma memorandumuna müvafiq olaraq iyunun 12-dən Naxçıvanda iki ölkənin Silahlı Qüvvələri qoşun növlərinin cəlb olunması ilə birgə taktiki təlimlər başlayıb.

Müdafiə Nazirliyinin verdiyi məlumata görə, təlimlərin məqsədi Silahlı Qüvvələrin təcrübə mübadiləsi vasitəsilə qoşunların koordinasiyanı inkişaf etdirmək, birgə əməliyyatları keçirmək qabiliyyətini yüksəltməklə iki ölkənin hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinə nail olmaqdır.

Sfera.az-a münasibət bildirən hərbi ekspert Üzeyir Cəfərov söyləyib ki, iyunun 12-dən Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunun şəxsi heyətinin Türkiyə Silahlı Qüvvələrinin qoşun birləşməsi arasında başlayan taktiki təlimlər çox önəmli hərbi təlimlərdən sayılır. 
 
 

Ekspert qeyd etdi ki, tərəflər arasında bir müddət bundan öncə belə analoji təlimlər keçirilmişdi və nəticəsi də çox yüksək olmuşdu:
"Bu dəfəki təlimlərdə də daha əvvəl təlimlərdə iştrak edən şəxsi heyətlə yanaşı yeni əsgər və zabitlərimiz, son dövrlər ordumuzun əldə etdiyi müasir silah və sursatlar da sınaqdan keçiriləcəkdir. Bildiyiniz kimi, bu gün Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordumuz son illər inanılmaz dərəcədə müasir döyüş texnikası və silahlar ilə təchiz edilmişdir. Bu proses bu gün də davam edir və növbəti aylarda daha yeni nəsil silah və sursatın əsgər və zabitlərimizin sərəncamına veriləcəyi gözlənilir. Bu tədbir bir də o nöqteyi-nəzərdən çox önəmlidir ki, bədnam qonşularımız son vaxtlar öz havadarlarına arxalanaraq bir qədər "cızıqlarından" çıxmağa meyilli görünürlər. Yersiz hədyanlar, yersiz hərəkətlər ermənilərin başını dumanlandırıb. Və bu təlimlər də, yəqin ki, düşmənlərin ritorika və eyforiyasını bir qədər ciddi aşağı salacaqdır".

Qeyd edək ki, təlimlər iyunun 16-dək davam edəcək.

Gülnarə Eynullaqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR