Bu tələbələrin təhsil haqqını dövlət ödəyəcək

Bu tələbələrin təhsil haqqını dövlət ödəyəcək
I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin ödənilməsi haqqında sərəncam 2019/2020-ci tədris ilinin sentyabr ayından qüvvəyə minəcək.

Sfera.az Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov deyib.

Nazir hazırda ali məktəblərdə həmin kateqoriyaya aid 2500-ə yaxın tələbənin təhsil aldığını söyləyib.
 
C.Bayramov əlavə edib ki, orta məktəblərdə dinlə bağlı yeni fənnin tədrisi nəzərdə tutulmayıb:

"Dinlə bağlı bəzi məlumatlara həm tarix, həm də "Həyat bilgisi" dərsliyində rast gəlmək mümkündür. Şagirdlərin yaş kateqoriyalarına uyğun olaraq müxtəlif fənlərdə bu sahəyə aid bilgilərin verilməsi dinin tədrisi deyil".

OXŞAR XƏBƏRLƏR