\"Bu, təkcə Zakir Həsənova qarşı deyil, həm də Azərbaycan Ordusuna qarşı təxribatdır\"- Deputat

\
 

Deputat Vahid Əhmədovun Milli Məclisin mayın 31-də keçirilən iclasında Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov barədə səsləndirdiyi əsassız fikirlərə etirazlar davam edir.

Bununla bağlı Sonxeber.az-a danışan deputat Cavid Osmanov bildirib ki, hər bir azərbaycanlı fəxr edə bilər ki, müstəqil və qüdrətli bir dövlətin vətəndaşıdır: "İqtisadiyyatımızın bütün sahələri uğurla inkişaf edir. Eyni zamanda Azərbaycan beynəlxalq aləmdə inkişaf etmiş ölkə kimi qiymətləndirilir. Cənab prezident İlham Əliyevin fəaliyyətini dünyanın ən böyük dövlətlərin rəhbərləri birmənalı olaraq yüksək qiymətləndirir, dərin hörmətlə atdığı addımları dəstəkləyirlər. Cənab prezident İlham Əliyev bütün sahələrə olduğu kimi ordumuza da böyük diqqət və qayğı göstərir. Azərbaycanın Silahlı Qüvvələri bu gün ən güclü ordular sırasındadır. Son beynəlxalq statistik rəqəmlərdə Azərbaycan ordusunun mövqeləri ilbəil qüdrətlənir. 2016-ci ilin aprel döyüşləri, 2018-ci ildə Naxçıvan istiqamətində gedən döyüşlər ilə Azərbaycan ordusu öz gücünü bütün dünyaya nümayiş etdirdi. Vəzifəsindən asılı olmayaraq heç kimin ordumuza qarşı şər-böhtan danışmağa haqqı yoxdur. Bu döyüşlərdə ordumuza rəhbərliyi ali baş komandan İlham Əliyevlə yanaşı Müdafiə naziri Zahir Həsənov rəhbərlik edirdi. Ona görə də bu gün Azərbaycan ordusunu tənqid etməyə heç kimin haqqı yoxdur. Bu, təkcə cənab Zakir Həsənova qarşı deyil, həm də Azərbaycan ordusuna qarşı bir təxribatdır. Bu təxribatdan bizim düşmənlərimiz də istifadə edə bilər".


OXŞAR XƏBƏRLƏR

Azərbaycan malyariyadan azad olan ölkələrdən biridir - ÜST 

Aprelin 25-i dünyada Ümumdünya Malyariya Günü kimi qeyd edilir.  Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Azərbaycan 2023-cü ildən malya...

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələrinin quraşdırılmasına başlanılıb.   Sfera.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabe...

Bu həşarata görə dünyada şokolad qiymətləri BAHALAŞIR

Qərbi Afrikada kakao ağaclarına düşən virus qlobal miqyasda şokoladın qiymətlərinin artmasına səbəb olsa da, tədqiqatçılar xəstəliyin qarşısını almaq üçün yeni ...

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR - YENİLƏNDİ - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xə...

Zelenskidən ABŞ-yə MÜRACİƏT: “Putinin planları...” 

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ xalqına təşəkkür edib.   Sfera.az bildirir ki, o, həmçinin Prezident Baydenə minnətdarlığını bildirib. ...

"Liverpul"un oyunçusu: "Heç kim təsəvvür etməzdi..." 

"Liverpul"un müdafiəçisi Vircil van Deyk mersisaydlıların Premyer Liqada çempionluq yarışında iştirakından danışıb.   Sfera.az bildirir ki...