Bu sözlər dilimizdə necə işlənməlidir? - Media ekspertindən maraqlı yanaşma

Bu sözlər dilimizdə necə işlənməlidir? - Media ekspertindən maraqlı yanaşma
Bu gün dilimizin əsas problemlərindən biri də alınma sözlərin yazılışı ilə əlaqədardır. Xüsusi isimlər, əcnəbi adlar, terminlərin dilimizdə necə yazılmalı olduğu ilə bağlı vahid bir qaydaya əməl edilmir. Odur ki, xüsusilə də KİV-lərdə biz eyni sözü müxtəlif formalarda görə bilirik. Məsələn, "Facebook" sözünü kimi "Feysbuk", kimi də kiçik hərflə "feysbuk" kimi işlədir. Eyni hal "Twitter", "Apple" və s. şirkət adları üçün də keçərlidir.
 
Bəs, dilimizin qaydalarına görə, bu sözlər necə yazılmalıdır? 

Media eksperti, filologiya elmləri doktoru Qulu Məhərrəmli Sfera.az-a açıqlamasında alınma sözlərin dilimizdə yazılma qaydasından danışıb: 

"Alınma sözlərin dilimizə tətbiqi ilə bağlı qaydalar var. Buna əsasən deyə bilərik ki, istifadə etdiyimiz sosial şəbəkələrin adları dilimizdə səslənişinə uyğun olaraq yazılmalıdır. "Facebook” dilimizdə Feysbuk olaraq yazılmalıdır. Bu vahid qayda uzun müddətdir ki, dilimizdə var. Bir çox aparıcı dillərdə də bu qayda tətbiq olunur”.

Onun sözlərinə görə, vahid qaydanın olmasına baxmayaraq nədənsə buna əməl edilmir:
 
"Bu məsələyə nəzarət olmalıdır. KİV-lərdə redaktorlar tərəfindən bu məsələyə nəzarət həyata keçirilməlidir”.

Q.Məhərrəmli bu gün dilimizdəki mövcud nöqsanların səbəbini isə belə izah edib:
 
"Dil ifadəçilərimizin bu sahədəki bilgiləri getdikcə azalır. Dil qaydalarına bir sayğısızlıq var. Sanki insanlar bu qaydalara əməl etməyi özlərinə artıq iş bilir. Vaxtı ilə televizor, radio, internet sözü böyüklə yazılırdı. Lakin atıq bu sözlər dilimizdə ümumişlək sözə çevrilməklə kiçik hərflə yazılır. Feysbuk sosial şəbəkənin adı olduğundan,  xüsusi isim kimi böyük yazılmalıdır”.

Nigar Məhərrəm
Sfera.az

OXŞAR XƏBƏRLƏR