Bu sürücülər 50 manat cərimələnəcək - Yeni qanun
16:13 / 20.02.2018
2313
Nasaz və ya plombu pozulmuş taksometrlə (yol haqqını hesablayan taksi sayğacı) sərnişin daşıyan taksi sürücüləri cərimələnəcək.
Sfera.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə millət vəkili Vüsal Hüseynov qeyd edib.
O bildirib ki, Milli Məclisdə müzakirə ediləcək yeni qanun layihəsinə əsasən nasaz və ya plombu pozulmuş taksometrlə sərnişin daşıyan taksiləri 40 manatdan 50 manatadək məbləğdə cərimə gözləyir.