Bu şirkət 100 milyondan artıq telefon satıb

Bu şirkət 100 milyondan artıq telefon satıb

Çin smartfon bazarının aparıcı oyunçularından "Huawei” şirkəti bu ilin doqquz ayı ərzində aparıcı satış meydançalarına 100 milyondan artıq smartfon tədarük edib. 

Sfera.az Lent.az-a istinadən xəbər verir ki, şirkət rəhbərliyi əmindir ki, brend özünün yeni "Mate 9” markası hesabına bu göstəricini xeyli artıracaq. Təkcə ötən il şirkət öz istehsalı olan 108 milyon ədəd smartfon tədarük edə bilib. 
 
Bundan öncə deyilirdi ki, flaqmanın yeni modeli bu ilin noyabr ayından başlayaraq piştaxtalara çıxarılacaq. Bununla belə, alıcılara seçim üçün iki komplektasiya variantı təklif ediləcək. Bunlardan biri ənənəvi, digəri isə əyri ekranlı olacaq. Cihaz bütün gələcək sahiblərini ikili kameranın heyrətamiz imkanları, səkkiznüvəli prosessoru, həmçinin 8 Giqabayt əməliyyat yaddaşı ilə sevindirəcək.

Çin istehsalçısı qeyd edib ki, tezliklə şəxsi rekordlarını yeniləmək və beynəlxalq bazarlarda "Apple”, "Samsung” və "Sony” kimi nəhənglərlə rəqabət aparmaq fikrindədir. Artıq mütəxəssislər üçün bu bəyanat o qədər də fantastik hesab olunmur. Çünki indidən yerli alıcılar həvəslə Çin istehsalı olan smartfonlarını alırlar.


OXŞAR XƏBƏRLƏR

Prezident İlham Əliyev: "Ermənistan Naxçıvanla yol əlaqəsini qurmaq imkanını bloklayır"

Zəngəzur Dəhlizinə gəldikdə, qeyd etdiyiniz kimi, 2020-cu il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatda bu məsələ aydın şəkildə əks olunur. Bəli, “Zəng...

İnklüziv təhsil nədir və necə qurulmalıdır? - Ekspertdən AÇIQLAMA 

Sağlamlıq imkanları məhdud uşaqların təhsil alması ən aktual məsələlərdən biridir.   Bəs inkluziv təhsil nədir və necə qurulmalıdır?  ...

Prezident: "Çinlə əməkdaşlıq həm siyasi, həm iqtisadi, həm də daşımalar sahəsində genişlənir"

Bizim “Vahid Çin” siyasətinə yanaşmamız çinli tərəfdaşlarımıza yaxşı məlumdur. Çin isə hər zaman Azərbaycanın ərazi bütövlüyünə dəstək verib. Bu, hə...

İlham Əliyev: "Dünya bundan sonra uzun illər hasil edilən enerji mənbələrinə ehtiyac duyacaq"

Yaşıl enerji ilə ənənəvi enerji arasındakı mütənasibliyə gəldikdə, düşünürəm ki, dünya bundan sonra uzun illər ərzində hasil edilən enerji mənbələrinə ehtiyac d...

Yağış, şimşək, dolu... - Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ!

Aprelin 24-nə gözlənilən hava proqnozu açıqlanıb.   Sfera.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, sabah Bakıda və A...

Nazirdən Nəzrinlə Mərdana hədiyyə - FOTO

Gənclər və idman naziri Fərid Qayıbov ötən gün toyu olan müğənni Mərdan Kazımov və influenser Nəzrin Nəcəfovaya hədiyyə yollayıb.    Sfera.az xə...