Bu şəxslərin Azərbaycandan çıxmasına qadağa qoyuldu - Siyahı

Bu şəxslərin Azərbaycandan çıxmasına qadağa qoyuldu -  Siyahı
Vergilər Nazirliyi dövlət büdcəsinə olan vergi borclarını ödəməkdən yayınmağa çalışan vergi ödəyicilərinin yenilənmiş siyahısını açıqlayıb. 

Sfera.az xəbər verir ki, Vergilər Nazirliyi dövlət büdcəsinə olan vergi borclarını ödəməkdən yayınmağa çalışan vergi ödəyicilərinə qarşı tədbirlərini davam etdirir. Məlum olduğu kimi, belə tədbirlərdən biri də “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə və Vergi Məcəlləsinin 23.1.16-cı maddəsinə əsasən vergi ödəyicisi vergi borcunu ödəmədikdə onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasıdır.

Cari ilin 01.08.2015-ci il tarixinə aşağıdakı borclu vergi ödəyicilərinin ölkədən getmə hüququ müvafiq məhkəmə qərarlarına əsasən müvəqqəti olaraq məhdudlaşdırılıb. 

Bu isə o deməkdir ki, vergi borcunu tam ödəməyənə kimi bu şəxslərin ölkədən kənara çıxmasına icazə verilməyəcək.

Siyahı ilə burada tanış ola bilərsiniz


OXŞAR XƏBƏRLƏR