AdRiver

"Bu səhv ona böyük pullara başa gələcək” – Tramp Trudo ilə görüş haqda

"Kanada baş naziri Castin Trüdo ona çox böyük pullara başa gələcək səhv etdi".

Sfera.az xəbər verir ki, bu sözləri ABC kanalında müsahibəsində ABŞ prezident Donald Tramp deyib. Tramp bununla da Kvebekdə keçirilən "Böyük yeddilik” sammitinin nəticəsini açıqlayıb.
 
"O, bunu etməməli idi. Bu səhv ona böyük pullara başa gələcək”, deyə Tramp öz çıxışında bir daha fikrini vurğulayıb.

Xatırladaq ki, Kanada baş naziri ABŞ-ın qoyduğu rüsumların ölkəsi üçün təhqir olduğunu və özünə qarşı amiranə davranışa icazə verməyəcəyini bildirmişdi.

Rəsul
Sfera.az

DİGƏR XƏBƏRLƏR


---