Bu şəhərə 1 ildə 300 milyon turist gəlib

Bu şəhərə 1 ildə 300 milyon turist gəlib
Ötən il Çinin paytaxtı Pekinə 297 milyon yerli və xarici turist səfər edib. Bu rəqəm əvvəlki illə müqayisədə 4,3 faiz çoxdur.

Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, Pekin bələdiyyəsinin turizm komissiyasının rəhbəri Sun Yü keçən il şəhərin turizm sektorunun dövriyyəsinin 546,9 milyard yuana (86,4 milyard ABŞ dolları) çatdığını bildirib. Ötən il şəhərdə 171 yeni turizm proqramı icra olunub. Bundan başqa, əcnəbi turistlər üçün Çin təbabəti, muzey və tarixi abidələrlə bağlı marşrutların sayı artırılıb.

Sun Yü paytaxt rəhbərliyinin şəhərin turizm dövriyyəsini cari ildə 7 faiz artırmağı qarşıya məqsəd qoyduğunu açıqlayıb. Bu hədəfə nail olmaq məqsədilə əcnəbi turistlər üçün 144 saatlıq vizasız rejimin tətbiq olunduğu ölkələrin və "Tax free" sisteminə qoşulan ticarət mərkəzlərinin sayı artırılacaq.

OXŞAR XƏBƏRLƏR

Regionların sosial-iqtisadi inkişafı üçün hansı tədbirlər görülməlidir? - AÇIQLAMA 

Çiçəklənən Bakı yalnız öz hesabına deyil, regionlarımızın da sosial-iqtisadi inkişafı ilə əlaqədardır. Azərbaycanda regionların inkişafının təmin edilməsi ölkən...

Prezidentlər Füzuli şəhərinin Baş planı ilə TANIŞ OLDULAR - FOTO - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış...

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xəbər ve...

Dünya ölkələrinin hərbi xərcləri: Hansı dövlət nə qədər pul ayırır? - RƏQƏMLƏR

2023-cü ildə bütün dünya ölkələrinin hərbi xərcləri 2,44 trilyon dollar təşkil edib ki, bu da rekord göstəricidir.   Sfera.az xəbər verir ki, bu...

Malıbəylidə kütləvi məzarlıq AŞKAR EDİLDİ - FOTO

Malıbəylidə ən azı 6 nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.   Sfera.az-ın xəbərinə görə, bu barədə Baş Prokurorluq və Əsir...

Zərdabda moped, Salyanda avtomobil YANDI

Zərdabda moped, Salyanda isə avtomobil yanıb.   Sfera.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Zərdabda"Orbit" ...