“Bu şəhərdə” konsertinə Sumqayıtda icazə verilmədi? - AÇIQLAMA

“Bu şəhərdə” konsertinə Sumqayıtda icazə verilmədi? - AÇIQLAMA

"Bu şəhərdə”nin Sumqayıt şəhərində konsert keçirilməsinə icazə verilməyib. 

Bu barədə "Bu şəhərdə”nin prodüseri, ssenarist Müşfiq Abbasov Instaqram hesabında məlumat yerləşdirib.

Məlumatda qeyd olunub ki, Sumqayıt şəhər İcra Hakimiyyətinə konsertlə bağlı müraciət olunsa da, bu, nəticəsiz qalıb: 

 

"Mart ayında konsertlərimiz üçün İcra Hakimiyyətinə (başçı Zakir Fərəcov və müavini Teymur Səmədov) iki məktub ünvanlamışıq. Bizə məlum olmayan səbəbdən Sumqayıtda "Bu şəhərdə”nin konsertlərinin keçirilməsinə icazə verilmədi. "Bu şəhərdə” sizin şəhərdə olmayacaq”. 

Oxu.Az məsələ ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayevlə əlaqə saxlayıb. 

E.Qocayev qarşı tərəfin iddiası ilə razılaşmayıb:

"Bu şəhərdə” komandası ötən ilin mart ayında Sumqayıt səhnəsində olub. Həmin proqramında şəhər rəhbərliyi eləcə də şəhər ictimaiyyəti iştirak edib. Əgər bu il də Sumqayıt şəhərində konsert proqramı ilə iştirak etmək niyyətləri varsa və şəhər İcra Hakimiyyətinə rəsmi müraciət ünvanlayıblarsa ötən il olduğu kimi yenə də konsertlərini keçirə bilərlər”. 

E.Qocayev həmçinin əlavə edib ki, İcra Hakimiyyəti tərəfindən "Bu şəhərdə” üzvlərinə "yox” cavabı verilməyib.


OXŞAR XƏBƏRLƏR

Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya EDİLDİ

Azərbaycan vətəndaşı Nəzərov Mais Fəxrəddin oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Qazaxıstanın Baş Prokurorluğu tərəfindən təmin edilib. ...

Şimali Koreya yeni zenit raketini sınaqdan keçirdi 

Şimali Koreya yeni zenit raketi və qanadlı raket döyüş başlığını sınaqdan keçirib.   Sfera.az bu barədə Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istin...

FHN Lənkəranda qanunsuz tikililəri SÖKDÜ - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Lənkəranda qanunsuz tikililəri söküb.   Bu barədə Sfera.az-a Fö...

Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?

Azərbaycanın ən böyük xarici kapitallı bankı olan “Accessbank”da  həm əhalinin, həm də hüquqi şəxslərin depozitlərinin həcmində azalma müşahidə...

Türkiyədə tarixi bina YANIR - FOTO

Türkiyənin Kırklareli şəhərində tarixi binada yanğın başlayıb.   Sfera.az "TRT Haber”ə istinadən xəbər verir ki, şəhərin Karakaş məhəlləsi...

Paşinyan: "İlk dəfə məsələ danışıqlar masası arxasında həll edildi"

İlk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni danışıqlar masası arxasında həll etdilər.   Sfera.az xəbər verir ki, bunu Ermənistan baş nazir...