Bu seçkidə islahatlara KÖNÜLLƏ HƏ DEYƏNLƏR VAR+VİDEO

Bu seçkidə islahatlara KÖNÜLLƏ HƏ DEYƏNLƏR VAR+VİDEO
 10 saylı Binəqədi 3-cü seçki dairəsindən deputatlığa namizəd Müasir Musavat Pariyasının sədir müavini Könül İsmayılovanın parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşü davam edir.

 

 

Millixəbər.az xəbər verir ki, görüşlərdə deputatlığa namizəd Könül İsmayılova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi inkişaf siyasəti, aparılan dərin məzmunlu islahatlar haqqında ətraflı məlumat verir. O qeyd edirki, bu islahatlar ölkəmizin inkişafına böyük təkan verməklə yanaşı, insanların sosial rifahının daha da yüksəlməsinə xidmət edir.

Deputatlığa namizədin sözlərinə görə, sosial-iqtisadi, məhkəmə-hüquq sistemində aparılan islahatlar ciddi nəticələr verməkdədir, vətəndaşlar islahatların nəticələrini öz həyatlarında hiss edirlər. Xanım namizəd onu da vurğulayıb ki, respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətində də sosial məsələlərin həlli xüsusi yer tutur.

Deputatlığa namizəd qəsəbə boyu həyət həyət gəzərək seçicilərin problemi ilə maraqlanıb, onların şikayətlərini dinləyib.

Namizəd xanım sakinlərə Milli Məclisə seçiləcəyi təqdirdə görəcəyi işlərdən danışıb, Biləcəri əhalisinin problemlərinin həlli üçün parlamentdə məsələlər qaldıracağını deyib.

K.İsmayılova ölkədə uğurlu gənclər siyasətinin həyata keçirildiyini vurğulayaraq, gənclərin dövlət başçısının ətrafında sıx birləşdiyini və onun gördüyü işləri dəstəklədiyini qeyd edib.

Görüşdə çıxış edən seçicilər Prezident İlham Əliyevin inkişaf siyasətini dəstəklədiklərini, qarşıdan gələn seçkilərdə də Könül İsmayılovaya səs verəcəklərini bildiriblər.

 

 


OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...