Bu Seçki Dairəsində daha iki məntəqənin nəticələri ləğv edildi - SON DƏQİQƏ!

Bu Seçki Dairəsində daha iki məntəqənin nəticələri ləğv edildi - SON DƏQİQƏ!
 

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsi ilə bağlı qeydiyyata alınmış namizəd Anar Əsədlinin müraciətinə baxılıb.

Sfera.az xəbər verir ki,  məsələ barədə MSK üzvü Ramiz İbrahimov məlumat verib.

R. İrahimov bildirib ki, A. Əsədli bu dairə üzrə 1-ci məntəqədən 59-cu məntəqəyə qədər bütün seçki məntəqələrində qanun pozuntularının olduğunu iddia edib və 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsində seçkinin nəticələrinin ləğv olunmasını xahiş edib.
 

MSK-nın apardığı araşdırma zamanı iki seçki məntəqəsi üzrə təqdim edilən protokolların müqayisəsi zamanı 48 və 50 saylı seçki məntəqələrində seçkinin nəticələrinin seçicilərin iradəsini əks etdirmədiyi üzə çıxıb.

MSK sədri Məzahir Pənahov bildirib ki, dairə seçki komissiyası təqdim edilmiş iki protokolu nəzərə almayıbsa, həmin DSK cəzalandırılmalıdır.

A. Əsədli isə 31 məntəqə üzrə 109 videofakt təqdim olunduğunu, məntəqələrin əksəriyyətində protokolların verilməkdən imtina edildiyini nəzərə çatdırıb. Eyni zamanda ümumilikdə 59 məntəqədən yalnız 8-dən protokol əldə olunduğunu söyləyib, seçki məntəqələrindən protokolların verilməməsi ilə bağlı fevralın 9-da MSK-nın "qaynar xətt”inə məlumat verildiyini qeyd edib.

MSK məsələni müzakirəyə çıxarıb, 48 və 50 saylı seçki məntəqələrində seçkinin nəticələri ləğv edilib.

Qeyd edək ki, bundan əvvəl həmin dairədən namizəd Faiq Kərimovun müraciəti əsasında 1, 10, 13, 32, 36, 37, 38, 39, 40, 55, 59 saylı seçki məntəqələrində səsvermənin nəticələri ləğv edilmişdi. (apa)


OXŞAR XƏBƏRLƏR

Polis paytaxtda ƏMƏLİYYAT KEÇİRDİ: Saxlanılanlar var - FOTO

Paytaxtda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıblar.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. ...

Azərbaycan vətəndaşları minik avtomobilləri ilə Laçına səfər edə BİLƏCƏKLƏR

“Böyük Qayıdış” proqramının tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndiri...

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan VERƏCƏK

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək. &...

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq EDƏCƏK

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi ilə Qırğız Respublikasının Əmək, Sosial Təminat və Miqrasiya Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb. &...

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri TƏYİN EDİLDİ

"Azərbaycan Dəmir Yolları" QSC artan sərnişin tələbatını nəzərə alaraq Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.   Sfera.az...

“TikTok” ABŞ hökumətinə qarşı hüquqi mübarizəyə başlayır

“TikTok” ABŞ-dəki qadağa qanununa qarşı mübarizə aparacaq.   Sfera.az xəbər verir ki, “TikTok”un baş direktoru Şou Zi Çev söz...