\"Bu saziş hər bir azərbaycanlıya təsir edəcək\"

\

Azərbaycanın ümumilli lideri Heydər Əliyevin imzaladığı "Əsrin müqaviləsi"nin davamı olaraq, sentyabrın 14-də Bakıda "Azəri”, "Çıraq” və "Günəşli” yataqları üzrə yeni Sazişin imzalanması Azərbaycnan iqtisadiyyatını gücləndirəcək, dayanıqlı iqtisadi inkişafını təmin edəcək, sosial xidmətləri təkmilləşdirməyə imkan yaradacaq.

Sfera.az xəbər verir ki, bunu Report-a açıqlamasında ABŞ-ın siyasi politoloqu Piter Teys (Peter Tase) Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri”, "Çıraq” yataqlarının və "Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanmasını şərh edərkən deyib.

Onun sözlərinə görə, son on il ərzində Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında və gəlirlərin düzgün idarə edilməsi sayəsində ölkədə əhalinin sosial rifahı və yaşayış standartları yaxşılaşıb: "Bu siyasət neft istehsal edən digər ölkələr üçün model ola bilər".

P.Teys əlavə edib ki, yeni sazişin imzalanması Azərbaycanın iqtisadi diplomatiyasının son bir neçə ildə əldə etdiyi ən böyük nəticələrdən biridir: "Şübhəsiz ki, neft hasilatının pay bölgüsü haqqında yeni saziş hər bir Azərbaycan vətəndaşının həyatına müsbət təsir edəcək".

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Türkiyə millisinin üzvü Fransada yenə qarət olundu

Türkiyə millisinin və Fransanın “Lill” komandasının futbolçusu Yusif Yazıcı xoşagəlməz hadisə ilə üzləşib.   Sfera.az xəbər verir ki, 27 ...

Azərbaycana qarşı soyuq müharibə başladıblar - Prezident

Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan...

Fransalı jurnalist Ermənistana buraxılmadı - VİDEO

Fransalı jurnalist Ermənistana buraxılmayıb. O, hava limanında aclıq aksiyası elan edib.   Sfera.az xəbər verir ki, Milli.Az xəbər verir ki, Ermənist...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çex Respublikasına rəsmi səfəri çərçivəsində “CEVRO” İnstitutunda "Azərbaycanın xarici siyasət...

Prezident quru sərhədlərin bağlı qalmasının SƏBƏBİNİ AÇIQLADI

“Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşah...

Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün imtahan (ikinci cəhd) keçirəcək. Qəbul imtahanı m...