Sİyasət

"Bu “qüvvələr” köhnə “üsullarla” ara qatmağa, ürək bulandırmağa çalışırlar"

"Bu gün Azərbaycan beynəlxalq tədbirlərə, qitəmiqyaslı idman yarışlarına ev sahibliyi edir. Təbii ki, bu amil ölkəmizdə mükəmməl infrastrukturun mövcud olması ilə yanaşı, həyata keçirilən uğurlu siyasət, sabitlik, inkişaf və təhlükəsizliklə bağlıdır. Azərbaycanın malik olduğu bu müsbət dəyərlər onu dünyanın diqqət mərkəzində saxlamaqla yanaşı, beynəlxalq birliyin arzulanan bir üzvünə çevirib. Sözsüz ki, uğurlarımıza sevinənlərlə bərabər, gündən-günə yüksələn imicimizi qaralamağa, ləkələməyə çalışan "qüvvələr" də var. Erməni lobbisinin və onların havadarlarının əlində alətə çevrilən bu cür qərəzli dairələr zaman-zaman, fürsət düşdükcə öz çirkin planlarını həyata keçirməyə, anti-Azərbaycan kampaniyası aparmağa cəhd edirlər. Lakin  heç vaxt öz istəklərinə çata bilmirlər. Çünki Azərbaycan xalqı və dövləti kifayət qədər tutarlı arqumentlərlə, haqq və həqiqətlərə söykənərək onların cavabını verir və yerində oturdur".

Milli.Az bildirir ki, bu fikirləri KİV-ə açıqlamasında YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Vüqar Rəhimzadə bildirib ki, bugünlərdə Bakıda UEFA Avropa Liqasının final matçının keçiriləcəyi ərəfədə "fəallaşan" bu "qüvvələr" yenə köhnə "üsullarla" ara qatmağa, ürək bulandırmağa çalışırlar: "Söhbət "Amnisty İnternational" təşkilatının UEFA Avropa Liqasının final matçının məhz Bakıda keçirilməsini pisləməsində gedir. Təşkilat bu iddiasını Azərbaycanda insan haqlarının durumu ilə əlaqələndirməyə cəhd edir. Hamıya bəllidir ki, "Amnisty İnternational" bəzi xarici dairələrin əlində sadəcə alət rolunu oynayır, lazım gəldikdə bu üzdəniraq qurumdan "demokratiya", "insan hüquq və azadlıqları" adı altında bir sıra ölkələrə qarşı təzyiq vasitəsi kimi istifadə edilir. Nə üçün bu təşkilat Avropada baş verən haqsızlıqlara göz yumur, Azərbaycana və bəzi ölkələrə qarşı isə qərəzli, çirkin kampaniya aparır?! Ona görə də sifariş yerinə yetirən, korrupsiyalaşmış "Amnisty İnternational" adlı qurumun demokratiyadan danışmağa haqqı yoxdur".

İdmanın bu şəkildə siyasiləşdirilməsinin yolverilməz olduğunu bildirən "İki sahil" qəzetinin baş redaktoru vurğulayıb ki, bu cür "cəhdlərin" qarşısı qətiyyətlə alınır və bundan sonra da alınacaq.

XƏBƏR LENTİ

«    İyun 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930