Bu qurumların rəhbərləri NK-nın yeni tərkibində yoxdur – SİYAHI
18:43 / 21.04.2018
8748
Prezident İlham Əliyevin sərəncamı ilə bu gün Nazirlər Kabinetinin yeni tərkibi təsdiqlənib.
Sfera.az xəbər verir ki, Nazirlər Kabinetinin əvvəlki tərkibini baş nazir, nazir müavinləri və nazirlərdən (cəmi 25 idi) başqa, həm də 9 komitə, 2 administrasiya, 6 xidmət sahəsi təşkil edirdi.
Hazırda Prezidentin təsdiq etdiyi Nazirlər kabinetinin yeni tərkibində bu komitələr yoxdur:
1. Dövlət Gömrük Komitəsi
2. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
3. Dövlət Statistika Komitəsi
4. Diaspor ilə İş üzrə Dövlət Komitəsi
5. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi
6. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (Ötən gün prezidentin sərəncamı ilə ləğv edilib)
7. Əmlak Məsələləri Dövlət Komitəsi
8. Dövlət Dəniz Administrasiyası
9. Dövlət Mülki Aviasiya Administrasiyası
10. Dövlət Miqrasiya Xidməti
11. Dövlət Sərhəd Xidməti
12. Milli Arxiv İdarəsi
13. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti