Bu qidalar ölüm riskini artırır

Bu qidalar ölüm riskini artırır

Sosiska, kolbasa, vetçina kimi işlənmiş ət məhsullarının, erkən ölüm riskini yüzdə 44 nisbətində artırdığı müəyyənləşib. Bu kimi hazır qidalardan uzaq durulmalıdır. 

Qaynarinfo xəbər verir ki, "BMC Medicine" jurnalında dərc olunan araşdırmaya görə, işlənmiş ət məhsullarını tez-tez istehlak edənlərdə, ürək və damar xəstəlikləri ilə xərçəngə bağlı erkən ölümlər daha çox görülür.

10 Avropa ölkəsində 500 mindən çox insanın üzərində təxminən 13 il aparılan təcrübədə, işlənmiş ət məhsullarında istifadə edilən kimyəvi maddələrin insan sağlamlığı üzərindəki zərərli təsirləri araşdırılıb.

Araşdırma müddətində 10 min nəfərin xərçəng, 5 min 500 insanın isə ürək və damar problemləri səbəbiylə həyatını itirdiyi bildirilir. Araşdırmaçılar, gündə 160 qramdan çox işlənmiş ət məhsulu (iki kolbasa və bir dilim vetçina) istehlak edənlərin, gündəlik işlənmiş ət istehlakı 20 qram və aşağı olanlara nisbətən 44 faiz daha çox erkən ölüm riski daşıdığını müəyyənləşdirilib.
 
Araşdırmada işlənmiş ət istehlakı çox olan şəxslərin obezit və bağırsaq xərçənginə tutulmasının az istehlak edənlərlə nisbətlə daha çox olduğu müşahidə edilib. 
 

 
Bəs "işlənmiş ət" nədir? 

Hisə verilmiş, qurudulmuş, şoraba kimi əməliyyatlardan keçirilən məhsullara işlənmiş ət adı verilir. İşlənmiş ət məhsulları arasında sosiska, kolbasa və vetçina, hisə verilmiş quş və balıq əti kimi məhsullar yer alır. Duz və kimyəvi maddələr köməyi ilə, rəf ömürü uzadılan hamburger və küftə növləri də işlənmiş ət məhsulları hesab edilir.
 
Sfera.az


DİGƏR XƏBƏRLƏR