Bu qida şəkər xəstəliyi riskini sıfıra endirir

Bu qida şəkər xəstəliyi riskini sıfıra endirir
Daha çox Türkiyə, İran, Səudiyyə Ərəbistan, Suriya və İsraildə yetişən badam E vitamini, kalsium, fosfor, dəmir və maqneziumla zəngindir.
 
Sfera.az bildirir ki, elmi araşdırmalar badamın xərçəng xəstəliyinin yaranmasının qarşısını almaqla həm də sinir sisteminə müsbət təsir etdiyini göstərir. Həkimlər öskürək zamanı da badam yeməyi tövsiyə edir. Ürək, qan-damar xəstələrinə də daha çox badam yemək tövsiyə olunur. Alzaymer xəstəliyinin də yaranma riskini aşağı salır. Bundan başqa badam yağı sümüklərin, immun sisteminin möhkəmlənməsinə də müsbət töhfələr verir. Beyinə qüvvət, bədənə gümrahlıq verən badam həm də şəkər xəstəliyinə tutulma riskini aşağı salır. Bundan başqa artıq çəkidən azad olmaq üçün də ən faydalı qidalardan biri hesab edilir.

Nigar Məhərrəm

Sfera.az


OXŞAR XƏBƏRLƏR