Bu qədər pirotexniki məmulatlar gömrükdən necə keçirilir? - Vilayət Eyvazovla Səfər Mehdiyevə müraciət

Bu qədər pirotexniki məmulatlar gömrükdən necə keçirilir? - Vilayət Eyvazovla Səfər Mehdiyevə müraciət
 

Tanınmış vəkil Əkrəm Həsənov Yeni il bayramı ərəfəsində pirotexniki məmulatların ölkəyə gətirilməsinin və satılmasının qarşısının alınması istiqamətində tədbirlərin gücləndirilməsi üçün Daxili İşlər naziri Vilayət Eyvazova və Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə müraciət ünvanlayıb.

"Yeni Sabah” xəbər verir ki, Ə.Həsənov qeyd edib ki, hər Yeni il bayramında ölkədə kütləvi şəkildə pirotexniki məmulatlar partladılır:

"Hər Yeni il bayramında ölkədə kütləvi şəkildə pirotexniki məmulatlar partladılır. Nəticədə yaralananlar və psixoloji sarsıntı keçirənlər olur, o cümlədən körpələr, xəstələr və qocalar arasında. Pirotexnika hətta liftlərdə də partladılır və nəticədə onlar sıradan çıxır. Başqa mənfi nəticələr də olur. Partapart əsnasında hər hansı cinayət törədilsə, heç eşidilməyəcək də! Halbuki, "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Qanunun 9-cu maddəsinə əsasən partlayıcı maddələr və qurğular, tez alışan maddələr və pirotexniki məmulatlar mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalara aid edilib. Yəni mülki dövriyyənin yalnız müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən əşyalardır. Bu qədər pirotexniki məmulatlar gömrükdən necə keçirilir? Şəhər və rayonlarda polisin gözü qabağında sərbəst şəkildə necə satılır?”



OXŞAR XƏBƏRLƏR

Aparıcı Zamirə Dadaşova “Space TV”yə qayıtdı: “Məbləğin bir qismi ödənildi”

“Space TV” ilə bağlı problemə bu gün son qoyduq. Məhkəmənin qərarı nəhayət icra olundu. Mənə ödənilməli məbləğin bir qismi ödənildi. Bir hissəsini i...

2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin SİYAHISI

2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin siyahısı açıqlanıb.   Sfera.az xəbər verir ki, siyahı Azərbaycan Respublikasının Elm, texnika...

İranlı diplomat Estoniya XİN-ə çağırıldı

İranın müvəqqəti işlər vəkili Estoniya Xarici İşlər Nazirliyinə çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyinin sa...

Hərbi helikopterlər havada toqquşub: Ekipaj üzvləri həlak oldu

Malayziyada iki hərbi helikopter Lumut bazasında təlim uçuşları zamanı qəzaya uğrayıb. Ekipaj üzvlərindən heç biri sağ qalmayıb.   Sfera.az xəbər ver...

Şoyqunun müavini rüşvətə görə saxlanıldı - FOTO

Rusiya müdafiə nazirinin müavini Timur İvanov rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya İstintaq ...

Avtosalon işçisi 3 milyon avroluq “Ferrari”ni qəzaya uğratdı - FOTO

1990-cı ildə istehsal olunmuş “Ferrari F40” Almaniyada qəzaya uğrayıb. Avtomobilə ciddi ziyan dəyib.    Sfera.az bildirir ki, qəzaya...