Bu qan qrupundan olanlar daha tez ölür - KORONAVİRUS
Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev insanların daşıdıqları qan qruplarının COVID-19 virusuna yoluxma və xəstəliyin gedişatında roluna aydınlıq gətirib.
Sfera.az xəbər verir ki, o, mart ayından etibarən Çinin Uhan şəhərində aparılan elmi tədqiqatın nəticəsinə görə xəstələnənlər arasında II qan qrupu daşıyıcılarının çoxluq təşkil etdiyini bildirib:
N.Abdullayev deyib ki, I qan qrupu daşıyıcıları isə digərləri ilə müqayisədə ən az riskə malikdirlər:
"Amma onu da nəzərə almaq lazımdır ki, xəstəliyin ağır gedişatına səbəb olan daha bir neçə önəmli faktorlar da var və bunlardan da ən önəmlisi xəstənin yaşı və sahib olduğu ciddi xəstəlikləridir. Bu tədqiqat nəticəsində bu qənaətə gəlinib ki, artıq müalicə həkimi II qan qrupu daşıyıcısı olan COVID-19 xəstələrinə xüsusi risk qrupuna daxil olduqları üçün daha da diqqət göstərib xəstəliyin gedişində bu məqamı nəzərə almalıdır". (report.az)