Bu qadının evində əşyalar öz-özünə hərəkət edir - paranormal- ŞOK VİDEO
Sfera.az bildirir ki, məişət əşyaları hərəkətə gəlir, çilçıraq yerindən oynayır. Böyük Britaniyada Donna Ayres adlı qadının evində baş verən paranormal hadisə görənləri dəhşətə gətirir. Günün günorta vaxtı evdə cərəyan edən qəribə hadisələr həvəskar kameradan da anbaan lentə alınıb. Mütəxəssislər Ayresin evində qeydə alınan qəribə olayların arxasındakı sirri açmaqda çətinlik çəkir.
Donna Ayresin 33 yaşı var. 6 il əvvəl onun qardaşı Pol intihar edərək, həyatına son vermişdi. Amma Donna deyir ki, gedən sadəcə qardaşının cismidir, ruhu isə geridə qalan 6 il müddətində heç vaxt onları tərk etməyib. Deyir uzun müddət qardaşının ruhunun onlara yaşatdığı şokdan ayıla bilməsə də, artıq bu ruh da sanki evin bir üzvünə çevrilib.
Ümumiyyətlə Böyük Britaniyada paranormal hadisələr tez-tez baş verir. Burda ruhların mövcud olduğuna inanmayan demək olar ki, yoxdur. Hətta bəzi köhnə tikililər var ki, orda ruhların məskunlaşdığı iddia edilir. O ki, qaldı Donna Ayresə 4 uşaq anası olan bu qadın, bu vaxta qədər qardaşının ruhunun əlindən 5 dəfə ev dəyişdirib.
Evdəki ruhdan azad olmaq üçün döymədiyi qapı qalmayan Donnanın bütün ümidləri boşa çıxıb. Nə keşişlərin oxuduğu dualar, nə də parapsixoloqların məsləhətləri onun öz evində normal həyat tərzi keçirməsinə yardım edib.