Bu qadın həkimləri şoka saldı - FOTO

Bu qadın həkimləri şoka saldı -  FOTO

ABŞ, Los Angelesdə olan Cedars Sinai Sağlamlıq Mərkəzinə gələn bir hamilə qadın, hər kəsi şok edən bir doğum etdi! Doğurduğu şey bir körpədən artıq bir şey idi! Chelsea Phillips adlı Los Angeleslı bir ana, hamiləliyinin 26-cı həftəsində doğum sancısı ilə xəstəxanaya gedib.

Normalda 40 həftə davam edən hamiləlik prosesinin çox tez olduğunu hiss edən Phillips xəstəxanaya çatdığında suyu hələ gəlməmişdi. Ananın hıqiqətən doğum sancısı keçirdiyi görən Dr. William Bender, dərhal doğum qərarı aldı və Chelsea Phillips doğum otağına aparılıb. Ancaq ananın doğduğu "şey" hər kəsi şok etdi! Chelsea Phillipsin içindən çıxan şey yalnız körpəni deyil, körpənin ana qarınında nəfəs almasını və yaşamasını təmin edən torba olan plasenta idi! Tibbdə milyonda bir görülən bir vəziyyət olan plasentalı doğum, yumurtlamaq kimi bir şeydir.

Fevral ayında yaşanan bu doğum hadisəsindən sonra körpənin yaşaması təchizatlı bir tibbi dəstək sayəsində olub.

Silas adı verilən və oğlan olan körpə sağlam olaraq yaşamağa davam edir. Hadisəni canlı canlı izləyən Doktor Binder, yaşananları belə izah edir; "Hər şey asta kadrlarla çəkilmiş bir elm fantastika filmi kimi idi. Hesab edirəm ki, ilk 10 saniyə nə etdiyimi bilməz bir şəkildə plasentaya baxırdım. Sonrasında özümüzə gəldik və torbanı deşib Silanın nəfəs almasını təmin etməyə çalışdıq. Şablon bir söz olacaq amma bizim o anlarda tam mənasıyla nəfəsimiz kəsildi. Ömrümün ən qəribə 10 saniyəsini yaşadığımı deyə bilərəm. 

"Silas bir müddət daha evdə nəzarət altında tutulacaq, çünki həkimlər bu şəkildə bir doğum sonrasında Silanın ana qarnı xaricində keçirdiyi 3 ay ərzində necə bir fiziki inkişaf sərgilədiyini yaxından təqib etmək istəyirlər. Chelsea Phillipsin möcüzə uşağı indi doğumundan sonra 7 aylıq bir körpə olaraq sağlam bir şəkildə böyüməyə davam edir. Amma normal standartlara görə o əslində daha 4 aylıqdır! Silas ABŞ-ın möcüzə körpələr siyahısında uzun bir müddət ilk sırada yer almağa davam edəcək.

Sfera.az


OXŞAR XƏBƏRLƏR