\"Bu prosesin qarşısı alınmazsa...\" - Qorxunc proqnoz

\
"Dənizlərin plastik kütlələrlə zibillənməsi gələcəkdə bir sıra çətinliklər yaradacaq. Hesablamalar göstərir ki, bu prosesin qarşısı alınmazsa, 2025-ci ildə bu kütlələrin dənizdə həcmi balıqların həcmindən çox olacaq".

Bu sözləri Kanadanın Avropa Birliyində xüsusi səfiri Stefan Dion VII Qlobal Bakı Forumunda Davamlı inkişaf problemləri panelində çıxışı zamanı deyib.

S.Dion bildirib ki, bu sahədə ciddi addımlar atılmalıdır, əks təqdirdə çox şey itirəcəyik.

"Hər bir ölkə Parisdə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Elm də bunu bizdən tələb edir. Orta illik temperaturun hər il nə qədər artması bizim gələcək nəsillərin həyatına birbaşa təsir edəcək. Neft, qaz və kömür yandırmaqdan vaz keçməliyik. Hələ də bu məhsullardan istifadə ümumi enerjidən istifadənin 85 faizini təşkil edir”.

Sloveniyanın keçmiş prezidenti (2007-2012) Danilo Truk bildirib ki, bu gün ən vacib problemlərdən biri dünyada içməli su problemidir:
"Hazırda dünyada 2 milyard insanın təmiz suya çıxış imkanı yoxdur. Növbəti illərdə bu 2 milyon da arta bilər. Bu problemin həlli üzərində ciddi düşünməliyik. Hesab edirəm ki, çıxış yolu regional əməkdaşlıqdır. Seneqal çayı üzərində dörd Afrika ölkəsi yerləşir. Suyun bölüşdürülməsi üçün razılıq əldə etməsi bu ölkələrin su problemi həll edir. Gələcəklə bağlı nikbin fikir səsləndirməkdən uzağam, lakin dayanıqlı inkişaf üçün qarşılıqla əməkdaşlıq qurulmalıdır”.Publika

OXŞAR XƏBƏRLƏR

Azərbaycanın məşhur Əməkdar artisti VƏFAT ETDİ - FOTO

Azərbaycanın Əməkdar artisti dünyasını dəyişib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Rus Dram Teatrının əməkdaşı Yuri...

Bakı və Abşeron yarımadasında 29 dərəcə isti oldu - FAKTİKİ HAVA

Aprelin 20-si saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib. Lakin günün ikinci yarısında bəzi dağlıq ərazilərdə...

Hikmət Hacıye: "Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür"

ADA Universitetində təşkil edilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramının bağlanış mərasimi keçirilib.   Sfera.az xəbər verir ki, ...

Azərbaycanda prokuror VƏFAT ETDİ - FOTO

Baş Prokurorluğun yüksəkvəzifəli əməkdaşı dünyasını dəyişib.   Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, prokurorluğun Təşkilat və İ...

"Qazaxlı Alik"in oğlunun məhkəməsi BAŞLAYIR

Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən "Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır.   Sfera.az xəbər verir ki, onun barəs...

Bakıda 22 yaşlı qız qətlə YETİRİLDİ

Aprelin 20-də səhər saatlarında paytaxtın Xətai rayonunda 2002-ci il təvəllüdlü Cabbarova Elnarə Xətai qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi ilə bağlı ...