AdRiver
Bu oteldə qalanlara 3500 dollar ödəniləcək - İLGİNC TƏKLİF

Bu oteldə qalanlara 3500 dollar ödəniləcək - İLGİNC TƏKLİF

ABŞ-da peyvəndlərin nə qədər effektiv olmasını araşdırmaq istəyən elm adamları "Qrip oteli”ndə qalacaq könüllülər axtarır.
 
Sfera.az xəbər verir ki, "Live Science” jurnalının yazdığına görə, Missuri ştatının San Luis Universitetinin elmi işçiləri qrip peyvəndlərinin təsiri ilə bağlı geniş əhatəli tədqiqat aparmaq üçün "Qrip oteli”ni qurublar.

Otel könüllüləri qəbul edəcək. Əvvəlcədən peyvənd yaxud plasebo metodu tətbiq ediləcək iştirakçılar daha sonra virusların təsirinə məruz qalacaqlar.
Oteldə qalma və yol xərcləri üçün 3500 dollar ödəniləcək könüllülər 10 gün boyu oteldə karantin altında tutulacaqlar. 
Standart otel xüsusiyyətlərə malik binada könüllülərlə maraqlanacaq tibb bacıları da olacaq. Elm adamları "Qrip oteli”ndə 6 ay ərzində elmi tədqiqat aparmaq fikrindədirlər.

Rəsul
Sfera.az

DİGƏR XƏBƏRLƏR


---