Bu ölkələrdə fövqəladə vəziyyət rejiminin müddəti uzadıldı

Bu ölkələrdə fövqəladə vəziyyət rejiminin müddəti uzadıldı
Misir və Tunisin dövlət başçıları Əbdülfəttah əl-Sisi və Kais Said bu ölkələrdə fövqəladə vəziyyət rejiminin uzadılması barədə qanunları imzalayıblar.

Sfera.az xəbər verir ki, Misir Prezidenti parlamentin 2017-ci ildən davam edən fövqəladə vəziyyət rejiminin 14-cü dəfə, daha 3 ay müddətinə uzadılması barədə qərarını təsdiq edib. Rejim həmin il Tanta və İsgəndəriyyə şəhərlərində 45 xristianın ölümü ilə nəticələnən kütləvi terror aktlarından sonra tətbiq edilmişdi.

Tunisdə isə fövqəladə vəziyyət rejimi 6 ay müddətinə uzadılıb. Bu ölkədə 2015-ci ilin noyabrında Prezidentin mühafizə xidmətinin əməkdaşlarına qarşı silahlı hücumdan sonra sərt rejim tətbiq edilmişdi. İnsident nəticəsində 12 nəfər həlak olmuş, təhlükəsizlik xidmətinin 16 əməkdaşı isə yaralanmışdı.

Hazırda Misirin Sinay yarımadasının şimalında və Tunis paytaxtında terrorçu qruplaşmalara qarşı mütəmadi əməliyyatlar həyata keçirilir. Hakimiyyətlərin qənaətinə görə, fövqəladə vəziyyət rejimi onların maliyyə mənbələrini aşkar etməyə və ekstremist təbliğatı aparan media orqanları və sosial şəbəkələrin qarşısını almağa imkan yaradır.

OXŞAR XƏBƏRLƏR

Elmira Süleymanova VƏFAT ETDİ - YENİLƏNDİ - 2

Azərbaycanın ilk İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova ilə vida mərasimi başa çatıb.   Sfera.az xəbər verir ki, Təzəpir məsci...

Rusiya XİN: "Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik"

Rusiya Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı bütün səylərini dəstəkləyir.   Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşl...

Prezidentlər Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində İŞTİRAK ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməl...

Regionların sosial-iqtisadi inkişafı üçün hansı tədbirlər görülməlidir? - AÇIQLAMA 

Paytaxt Bakının inkişafı yalnız öz hesabına deyil, regionlarımızın da sosial-iqtisadi yüksəlişi ilə əlaqədardır. Azərbaycanda regionların inkişafının təmin...

Prezidentlər Füzuli şəhərinin Baş planı ilə TANIŞ OLDULAR - FOTO - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış...

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xəbər ve...