Bu nazirliyə 432 nəfər işə götürüləcək
20:08 / 15.04.2019
2897
Kənd Təsərrüfatı Nazirliyi (KTN) 432 inzibati vakant dövlət qulluğu vəzifəsinə qəbul elan edib.
Nazirlikdən Sfera.az-a bildirilib ki, aprelin 15-dən bu vakant vəzifələr üzrə sənəd qəbulu başlayıb. Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Dövlət İmtahan Mərkəzinin internet portalında yerləşdirilib.
Müsahibə mərhələsi üzrə qeydiyyat mayın 15-dək davam edəcək.
Kənd Təsərrüfatı Nazirliyi hüquqşünas, aqrar sahədə ixtisas almış aqronom, bioloq, zooloq, baytar, torpaq üzrə mütəxəssis və zoomütəxəssisləri, maliyyə-təsərrüfat fəaliyyəti üzrə müvafiq ixtisası olan şəxsləri müsahibələrdə iştiraka dəvət edir.
Təqdim olunan vakant vəzifələr Kənd Təsərrüfatı Nazirliyinin Mərkəzi Aparatı, Dövlət Aqrar İnkişaf Mərkəzlərində bitkiçilik və heyvandarlıq sektoru, maliyyə-təsərrüfat sektoru üzrə müəyyənləşib.
Elanla aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür: