Bu meyvəni tez-tez yeyəndə həkimə getməyə gərək qalmır

Bu meyvəni tez-tez yeyəndə həkimə getməyə gərək qalmır
 

Sitrus meyvələrinin faydaları çoxlarına məlumdur. Çoxsaylı faydaları olan sitrus meyvələrindən biri də portağaldır.

Misirdən olan məşhur kardioloq Camal Şaaban, portağalın gündəlik istifadəsinin həkimə müraciətlərin sayını azaltdığını iddia edib. Mütəxəssis bu barədə sosial şəbəkədə məlumat paylaşaraq bildirib ki, portağalın tərkibində bədəni toksinlərdən, zərərli maddələrdən təmizləyən güclü antioksidanlar var, bu da ürək-damar sisteminin normal fəaliyyəti üçün çox vacibdir.

Onun sözlərinə görə, təbiətin bu qiymətli hədiyyəsində mövcud olan kalium duzları ürək ritminin sabitliyi, qan təzyiqi səviyyəsinin tənzimlənməsi üçün çox əhəmiyyətlidir.

Üstünlüklər siyahısında, damarlarda varikoz yaranmasının qarşısının alması, "yaxşı" xolesterol göstəricisinin normada qalması, xüsusilə də soyuq mövsümdə tənəffüs yolları infeksiyalarına qarşı müqaviməti artırıması da vurğulanıb.

Kardioloq əlavə edib ki, son tədqiqatlar da portağalın danılmaz faydalarını təsdiqləyib. On il ərzində izlənilən 2500-ə yaxın insanın qanında A, C, E vitaminlərinin konsentrasiyasını ölçdükdən sonra məlum olub ki, bu maddələrin nisbəti aşağı olan kişilərdə insult riski təxminən 2,5 dəfə artır.

Həmçinin ABŞ-dakı Klivlend Ürək Xəstəlikləri Mərkəzinin tədqiqatçıları tərəfindən aparılan araşdırma zamanı məlum olub ki, altı həftə ərzində gündə iki stəkan portağal suyu içmək sistolik qan təzyiqinin təqribən 10 millimetr azalmasına kömək edir.

Bir sözlə, gündəlik olaraq portoğal istifadəsi ürəyin sağlamlığını qoruyur, qan təzyiqini normada saxlayır, belə olan halda həkimlərə tez-tez müraciət etməyə ehtiyac qalmır.



OXŞAR XƏBƏRLƏR

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...

Peruda qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - FOTO

Aprelin 12-də Peru Hərbi Hava Qüvvələrinə məxsus “Dassault Mirage 2000P” qırıcısı Piçu Piçu vulkanının qərb yamacında qəzaya uğrayıb.   ...

Ermənistan növbədənkənar seçkiyə getmir - Paşinyan açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı mümkün prosesdən əvvəl növbədənkənar parlament seçkiləri keçirmək niyyətin...

Yeni "iPhone" modellərinin yaddaşı artırılacaq

"Apple" şirkəti 128 giqabayt yaddaşa malik smartfonların Pro modellərinin istehsalını dayandıracaq. Sfera.az xəbər verir ki, bu barədə "Leak...

Fransada Mərakeş Kralının keçmiş qalası yarım milyard avroya satışa çıxarıldı

Parisin kənarında yerləşən “Arminvilliers” mülkü dünyanın ən bahalı mülkü ola bilər. Qala 425 milyon avroya satışa çıxarılıb.     Sf...